yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ermənistan ordusunda homoseksuallıq: - Gənc əsgərləri zorlayırlar

Ermənistan ordusunda homoseksuallıq: - Gənc əsgərləri zorlayırlar
24-08-2017, 11:49 110 510 dəfə baxılıb

Ermənistanın hərbi qulluqçusu Andranik Mkrtçyanın ölümünün təfərrüatları məlum olub.

Erməni KİV-lərinə istinadən xəbər veririk ki, avqustun 20-də Ermənistanın Müdafiə Nazirliyi hərbi hissənin ərazisində 1991-ci il təvəllüdlü Andranik Mkrtçyan öldürüldüyü barədə məlumat yaymışdı. Böyük əks-səda verən ölüm hadisəsinin sonradan əslində intihar olduğu bəyan edilib.

Ermənistan sosial şəbəkə istifadəçilərinin iddialarına görə, hadisə cinsi istismar- homoseksualizm zəminində törədildiyindən belə ajiotaja səbəb olub. Aparılan araşdırmalar zamanı hadisənin bir çox təfərrüatları ortaya çıxıb.

Oğurluq etdiyinə görə Yerevan yaxınlığındakı hərbi hissədən Mehri şəhərində yerləşən hərbi hissəyə dəyişdirilən Andranik Mkrtçyanın intihar etməsi ilə bağlı, özünüöldürmə həddinə çatdırılma maddəsi ilə cinayət işi açılıb.

Ermənistan Respublikası İstintaq Komitəsinin Hərbi İstintaq Bas İdarəsinin Xüsusi Mühüm İşlər Üzrə İstintaq İdarəsinin bas müstəntiqi Q. Xaçatryan tərəfindən verilən açıqlamada deyilir:

“Müdafiə nazirliyinin hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü Andranik Mkrtçyanın ölümü ilə bağlı “özünü öldürmə həddinə çatdırılma” maddəsi ilə cinayət işi açılıb. Araşdırma zamanı məlum olub ki, Kanakerdə xidmət edən və “Ando” kimi tanınan Andranik Mkrtçyan və digər hərbi qulluqçular mütəmadi olaraq hərbi hissəyə xidmətə gələn digər gənc əsgərləri cinsi istismara məruz qoyduğu, eləcədə oğurluq etdiyi üçün hərbi hissə komandanlığının təşəbbüsü ilə xidmətini davam etdirmək məqsədilə Mehri şəhərində göndərilib. Cinsi təzyiqlərə məruz qalan gənc əsgərlərin valideyinləri “Ando”dan qisas almaq qərarına gəliblər. A. Mkrtçyanı izləyən valideynlər onu tutaraq zorlayıblar və buna dözməyən M. Andranik özünə qəsd etmək qərarına gəlib”.

İstintaqa o da məlum olub ki, gənc əsgərlərə qarşı bu kimi əməlləri “Ando” işğal olunmuş Kəlbəcər rayonunda postlarda olarkən də törətb. Postlarda xidmət keçən bir çox gənc əsgərin M. Andranik tərəfindən cinsi təzyiqlərə məruz qaldığı bilidirilir. Ermənistanlı hərbi qulluqçunun çoxunun cinsi istismara məruz qaldığını inkar etsməsinə baxmayaraq, valideynlərin dəstəyi ilə bir neçə əsgər adlarının gizli saxlanılması şərtilə istintaqla əməkdaşlığa razılıq veriblər.

İlkin versiya olaraq nizamnamədən kənar münasibətlər nəticəsində öldürüldüyü bildirilsə də, sonradan A. Mkrtçyanın istifadəsində olan avtomatı çənəsinə söykəyərək intihar etdiyi deyilir. Hadisə ilə bağlı cinayət işi başlayıb araşdırma davam etdirilir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Genc, homoseksualliq, zorlayirlar, esgerleri, , Ermenistan, ordusunda
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ