SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Tramp Əfqanıstanla bağlı bəyanat verdi

Tramp Əfqanıstanla bağlı bəyanat verdi

Tarix:

22-08-2017, 09:59

/ 64 287 dəfə oxundu.
Tramp Əfqanıstanla bağlı bəyanat verdi

ABŞ bundan sonra Əfqanıstanda həyata keçirdiyi əməliyyatlar barədə əvvəlcədən məlumat verməyəcək və bu ölkədə yerləşdirilən hərbi kontingentinin sayını açıqlamayacaq

“NBC” telekanalına istinadən verdiyimiz xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Virciniya ştatındakı “Fort Mayer” hərbi bazasında çıxış edərkən bəyan edib.

Onun sözlərinə görə, ABŞ yaxın gələcəkdə ordusunu Əfqanıstan ərazisindən çıxarmaq niyyətində deyil: “Tariximizdə yaşanan ən dəhşətli terror hücumu Əfqanıstanda planlaşdırılıb və oradan idarə olunub. Hərbçilərin çıxarılması ilə yaranan vakuumu hökmən terrorçular dolduracaq”.

Tramp həmçinin bildirib ki, terrorçuluqla mübarizə naminə ABŞ Əfqanıstandakı hərbi kontingentinin səlahiyyətlərini genişləndirəcək. Qeyd edək ki, 2001-ci ildən Əfqanıstanda "Taliban" hərəkatına qarşı hərbi əməliyyatlar aparan ABŞ-ın hazırda bu ölkədə 8400 hərbi qulluqçusu var.

Şərhlər

XƏBƏR LENTİ