SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » «Baku City Hospital» narazılıq yaradır - "Problem ona görə yaranmışdı ki..."

«Baku City Hospital» narazılıq yaradır - "Problem ona görə yaranmışdı ki..."

Tarix:

14-08-2017, 15:18

/ 79 946 dəfə oxundu.
«Baku City Hospital» narazılıq yaradır - "Problem ona görə yaranmışdı ki..."

«Gördük, müalicələr effekt vermir, ödənişi dayandırdıq, həkimlər də acığa düşüb yoldaşıma baxmadılar». Bu il iyulun 13-də Bakıda – Məhəmməd Hadi küçəsi, 58 ünvanında yeni tikilməkdə olan binanın lifti qırılıb. Nəticədə tikintidə fəhlə işləyən Şəfa Mərdiyev yarımtikilinin 8-ci mərtəbəsindəki kustar üsulla hazırlanmış liftdən yıxılaraq ağır xəsarətlər alıb. Əvvəlcə onu Sabunçu rayonundakı 3 Saylı Şəhər Klinik Xəstəxanasına aparıblar. Bir gün sonra – iyulun 14-də ailəsi vəziyyəti ağır olan yaralını həmin xəstəxanadan «Baku City Hospital»a köçürüb.
Ancaq həyat yoldaşı Dilarə Mərdiyevanın sözlərinə görə, həkimlərin baxımsızlığı üzündən xəstənin vəziyyəti daha da ağırlaşıb, böyrəklərin fəaliyyəti dayanıb. D.Mərdiyeva deyir, hazırda xəstə komadadır: «Yoldaşımın ayaqları sınmışdı, hospitala qəbul edəndə həkimlər baxdılar, dedilər, yaralar təhlükəsizdir. 10 gün reanimasiyada qaldı, sonra palataya keçirdilər. Bizi arxayın etmişdilər ki, Şəfanın vəziyyəti stabilləşib, iki-üç günə evə buraxılacaq. Ancaq gördük ki, hər şey əksinədir, halı gündən-günə ağırlaşır. Həkimlər səhlənkar yanaşırdılar. Gedib irad bildirəndə məsuliyyəti bir-birlərinin üstünə atırdılar. Başa düşdük ki, bunları maraqlandıran yalnız puldur, xəstə yox... Son üç günü isə ümumiyyətlə, baxmadılar, yoldaşım komaya düşdü».
Xəstənin ailə üzvlərinin iddiasına görə, xəstəxanaya azı 20 min manat pul ödənilib, hətta qanı da Qanköçürmə İnstitutundan pulla alıblar. Ancaq həkimlərin soyuq davranışlardan sonra ailə üzvləri hospitala ödəniş etməyiblər. Xəstəni əməliyyat etmək üçün hospitala kənardan həkim gətiriblər. Əməliyyat olunsa da, həkim bildirib ki, xəstənin həyata qayıtması şansı azdır.
Dilarə Mərdiyeva: «Problem ona görə yaranmışdı ki, xəstəyə vaxtında vaksin vurulmamışdı. Tələblərimizdən sonra yalnız iyulun 27-də həkimlər hərəkətə keçdilər. Onda da artıq gec idi, Şəfanın vəziyyəti ağırlaşmışdı. Həyat yoldaşım sırf həkim səhlənkarlığının qurbanı oldu. Ödənişləri dayandırdıq, ondan sonra xəstəyə ümumiyyətlə, baxmadılar».
Ailə üzvlərinin deməsinə görə, hazırda Şəfa Mərdiyevin böyrəkləri fəaliyyətini tamamilə dayandırıb.

Şərhlər

XƏBƏR LENTİ