yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Fətullah Güləndən terror çağırışı: - “Vacib şəxsləri ödürməliyik”

Fətullah Güləndən terror çağırışı: - “Vacib şəxsləri ödürməliyik”
14-08-2017, 11:58 58 850 dəfə baxılıb
yüklənir...

FETÖ terror şəbəkəsinin lideri Fətullah Gülənin “Bamteli” adlı son sohbətində səsləndirdiyi fikirlər ciddi müzakirələr doğurub.

Türkiyə mediasına istinadən xəbər veririk ki, Fətullah Gülən FETÖ-nun sosial şəbəkə hesablarında paylaşılan “Üçüncü şeytanlıq fəsli / Xidmətə qarşı yeni təxribat” adlı videomaterialda tanınmış şəxslərə qarşı sui-qəsdlərə çağırış edib.

17-25 dekabr əməliyyatları və 15 iyul çevriliş cəhdi ilə əlaqəsinin olmadığını iddia edən Gülən həmin çıxışında bu fikirləri səsləndirib:

“Görəsən, indi nə edək? Elə isə daha ciddi bir iş görməyimizə ehtiyac var. Çox əhəmiyyətli bəzi şəxsləri öldürməyimiz lazımdır. Özü də sözün həqiqi mənasında… Nə dediyimi anlayırsınız?

Əl-ayağa düşüb, bağlı qapılar arxasında danışılanları deyirəm: məsələyə “çevriliş” dedirdəcəyimiz şəkildə yeni bir qarışıqlıq formasıdır… Elə edək ki, ölkədə əhalinin digər hissəsini də inandıra bilək. Dünyanın ictimai rəyini öz lehimizə çevirək. Bunun ilk işartıları artıq görünür”.

Gülənin söylədiyi bu sözlər sui-qəsd təlimatı kimi qiymətləndirilib. İstefada olan polkovnik Mustafa Önsel sosial şəbəkədə yaydığı açıqlamada bunları qeyd edib:

“Bunun mənası belədir: Fətullahın bandası daha əvvəl qeyd etdiyimiz sui-qəsdlərə başlaya bilər. Onun danışdıqları bu niyyəti pərdələmək, “əvvəldən demişdik, bizimlə əlaqəsi yoxdur”, deyə söyləmək üçün verilmiş açıqlamadır! Diqqət!!!”.

Gülənin bu açıqlaması FETÖ liderinin yenə də ənənəvi taktikaya əl atdığını göstərir. Qeyd edək ki, Gülən bundan əvvəl də rəhbəri olduğu cinayətkar şəbəkənin hansısa aksiyalara başlamasından əvvəl yayındırıcı bəyanatlar səsləndirməklə, diqqəti səhv istiqamətə yönəltməyə çalışıb.

FETÖ liderinin son çıxışı göstərir ki, o, Türkiyədə yeni nifaq yaratmaq üçün terror aksiyalarının təşkilinə qərar verib. O baxımdan da polkovnik Önselin də yazdığı kimi Türkiyənin təhlükəsizlik orqanlarının diqqətli olmaları lazımdır.

Yenicag.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: terror, Vacib, chagirishi, odurmeliyik, Gulenden, Fetullah, , shexsleri
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ