SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İxtisas seçimi üçün ayrılan müddət uzadılmayacaq - DİM

İxtisas seçimi üçün ayrılan müddət uzadılmayacaq - DİM

Tarix:

9-08-2017, 17:49

/ 158 425 dəfə oxundu.
İxtisas seçimi üçün ayrılan müddət uzadılmayacaq - DİM

Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul olmaq üçün ixtisas seçimi edən abituriyentlərə müraciət edib. DİM-dən verilən xəbərə görə, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi davam edir.

Bildirilib ki, ixtisas seçimi sabah saat 23:59-da başa çatacaq və qeyd olunan müddət uzadılmayacaq. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

Bu gün saat 17:10-a olan məlumata görə, 41360 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 750 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, ərizəsini təsdiq etməyib. V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər də elektron ərizələrinə daxil olub ixtisas seçimini həyata keçirməlidirlər.

Şərhlər

XƏBƏR LENTİ