SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Avropa ölkəsindən 40 azərbaycanlı tələbəyə ağır zərbə

Avropa ölkəsindən 40 azərbaycanlı tələbəyə ağır zərbə

Tarix:

9-08-2017, 09:50

/ 58 889 dəfə oxundu.
Avropa ölkəsindən 40 azərbaycanlı tələbəyə ağır zərbə

Macarıstan 40 azərbaycanlı tələbənin təhsil xərclərini ödəməkdən imtina edib.

Bu barədə tanınmış jurnalist Azər Sarıyev sosial şəbəkədə yazıb.

A.Sarıyevin sözlərinə görə, Azərbaycan Təhsil Nazirliyi ilə Macarıstan hökuməti arasındakı anlaşmaya görə, Tempus Fondu (Fond 1996-cı ildə Macarıstan hökuməti tərəfindən yaradılıb və Avropa İttifaqı ilə əməkdaşlıq edir) ölkəmizdən 200 nəfər tələbənin Macarıstanın müxtəlif universitetlərində təhsilini maliyyələşdirməli və təqaüdlə təmin etməli idi: "Lakin həmin fond son anda müsabiqədən və imtahanlardan keçmiş, Macarıstan universitetləri tərəfindən qəbul olunmuş 200 uşaqdan 40-nın təhsil xərclərini maliyyələşdirməkdən son anda imtina edib. Hansı ki, həmin vaxt artıq Qərb universitetlərinə və digər fondlara müraciət və imtahan müddəti bitmişdi. Saymazlığın dərəcəsinə baxın ki, Fondun rəhbərliyi bu barədə abituriyentlərə, izahatları bir tərəfə, xəbər belə verməyib, Azərbaycan Təhsil Nazirliyinə ümumi xarakterli məktub yazmaqla kifayətləniblər. Həmin 40 uşaq da qalıb ortalıqda".

Jurnalist qeyd edib ki, Azərbaycan Təhsil Nazirliyi məsələ ilə bağlı qarşı tərəfə məktub yazsa da bir nəticəsi olmayıb: "Təhsil Nazirliyi də heç bir kömək etmək iqtidarında deyil. Təhsil Nazirliyi məktub yazsa da saya salmırlar. Bir sözlə, Macarıstan hökuməti bizə qarşı açıq hörmətsizlik nümayiş etdirir".

İmzalanmış sənədlə BU LİNKDƏN tanış ola bilərsiniz.

Şərhlər

XƏBƏR LENTİ