SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Dünya çempionatı üçün tikilən stadion yandı - Rusiyada+Video

Dünya çempionatı üçün tikilən stadion yandı - Rusiyada+Video

Tarix:

3-08-2017, 16:03

/ 106 137 dəfə oxundu.
Dünya çempionatı üçün tikilən stadion yandı - Rusiyada+Video

2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı üçün tikilən stadionda yanğın olub.

Yanğın Samara şəhərində tikilən “Samara Arena”da baş verib. Bu gün səhər saatlarında baş verən yanğın zibil tullantılarının yanması səbəbindən başlayıb. Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib.

Yanğın qısa zamanda söndürülüb və stadiona ziyan dəyməyib.

Xatırladaq ki, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı üçün Volqoqrad şəhərində tikilən stadionda da yanğın baş vermişdi. Hadisə iyunun 14-də baş vermişdi.

Şərhlər

XƏBƏR LENTİ