SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » 87 yaşlı qadından oğruya mesaj

87 yaşlı qadından oğruya mesaj

Tarix:

31-07-2017, 13:50

/ 60 065 dəfə oxundu.
87 yaşlı qadından oğruya mesaj

Antalyada evinə 3 dəfə oğru girən 87 yaşlı qadın maraqlı yola əl atıb.

15 gün ərzində 3 dəfə eyni evə gələn oğru 200 lirə, bir neçə qəpik və 2 butulka duru yağ götürə bilib. Yaşlı qadın qulaqları ağır eşitdiyi üçün oğrunun gəldiyindən xəbərsiz olduğunu deyib:

“3 ayda bir 705 lirə alıram, onu da kirayəyə zar-zor çatdırıram. Mənə edilən maddi köməkliklərlə zar-zor yaşayıram. Oğru aldıqlarını qaytarsa, çox şad olaram”.

Əlacsız qalan Şükriyə Altındağ son çarəni oğruya məktub yazmaqda görüb. Şükriyə xanım məktubunda bu sözləri yazıb:

“90 yaşlı qadınam. Bu, evimə üçüncü girişindi. Quldan utanmırsan, Allahdan utan. Evimdə 3-5 lirə çörək pulu ya var, ya da yoxdur. Ömrümün sön günlərində məni daha da kədərləndirmə”.
87 yaşlı qadından oğruya mesaj
87 yaşlı qadından oğruya mesaj

Şərhlər

XƏBƏR LENTİ