SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Arvadı erməni məmurun başını çəkiclə əzdi

Arvadı erməni məmurun başını çəkiclə əzdi

Tarix:

29-07-2017, 13:50

/ 90 366 dəfə oxundu.
Arvadı erməni məmurun başını çəkiclə əzdi

Bir neçə gün öncə Ermənistanda məmurun qətlə yetirilməsinin bəzi detalları və onu öldürməkdə şübhəli bilinən şəxslər üzə çıxıb. İstiPress-in məlumatına görə, Armavir vilayətinin qubernatorunun müşavirini öz doğmaları – arvadı və oğlu öldürüb. Artıq Manuk Simonyanın ölümü ilə bağlı olaraq həyat yoldaşı və oğlu polis tərəfindən saxlanılıb.

Qadın iyulun 23-də polisə müraciət edərək ərinin gecə saatlarında evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirmişdi. Polis iki gün sonra Simonyanın meyitini aşkar edib. Məlumata görə, məmur müntəzəm olaraq həyat yoldaşını zorakılığa məruz qoyub. İstintaq Komitəsinin məlumatına görə, iyulun 22-də də onların arasında növbəti mübahisə olub.

Bundan sonra 52 yaşlı Simonyan yatıb. Qadın isə çəkiclə yatmış ərinin başına vuraraq onu qətlə yetirib. Daha sonra o oğluna zəng edərək onu evə çağırıb və onlar meyiti yaxınlıqdakı kənddə gizlədiblər.

Ümumiyyətlə sosial vəziyyəti çox ağır olan Ermənistanda qadınlara qarşı şiddət, zorakılıq halları da gün keçdikcə artır. Bunu ölkənin Stataistika Xidməti də təsdiqləyir. Ancaq bu ilin ilk yarısında ailə-məişət zəminində 215 cinayət işi araşdırılıb ki, onların da əksəriyyəti qadınlarla bağlıdır.

Şərhlər

XƏBƏR LENTİ