SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yol polisi plyonkaya görə səfirlik maşınına cərimə yazdı – VİDEO

Yol polisi plyonkaya görə səfirlik maşınına cərimə yazdı – VİDEO

Tarix:

17-07-2017, 12:51

/ 143 687 dəfə oxundu.
Yol polisi plyonkaya görə səfirlik maşınına cərimə yazdı – VİDEO

Qaydalar hamı üçündür, diplomatların qayda pozmağa haqqı yoxdur
Qırğızıstanın paytaxtı Bişkek şəhərində yol polisilərinin keçirdiyi reyddə maraqlı hadisə baş verib. Şüşələrin şəffaflığı ilə bağlı keçirilən bu reyddə Qazaxıstan səfirliyinə məxsus avtomobilin şüşələrində qanunsuz plyonka olduğu üçün polis əməkdaşı sürücünü saxlayaraq ona qanunun tələbini izah edib və sürücüyə cərimə yazıb.
Bizim ölkədən fərqli olaraq digər xarici ölkələrdə belə hadisələr adi hal kimi qarşılanır. Çünki həmin ölkələrdə bütün sürücülər bərabərhüquqludur.
Bizim yol polis əməkdaşları deputatları, səfirlik əməkdaşlarını, hakimləri və bu kimi digər şəxsləri məsuliyyətə cəlb etməkdən çəkinirlər. Ancaq onu da qeyd edək ki, qayda pozan hər bir şəxsi kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb etmək olar. Heç kəs inzibati məsuliyyətdən azad oluna bilməz.

Avtosfer.az

Şərhlər

XƏBƏR LENTİ