SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Milyarderlər ittifaqı” qurbanı: İskəndər Xəlilov Bakıdan qovulur

“Milyarderlər ittifaqı” qurbanı: İskəndər Xəlilov Bakıdan qovulur

Tarix:

16-07-2017, 23:47

/ 133 262 dəfə oxundu.
“Milyarderlər ittifaqı” qurbanı: İskəndər Xəlilov Bakıdan qovulur

Adı “Milyarderlər ittifaqı” ilə hallanmış, biznesini əsasən Rusiyada cəmləşdirən Azərbaycan əsilli iş adamı, «ISR Holding» şirkətlər qrupunun prezidenti İskəndər Xəlilovun ölkədəki obyektləri bir-bir çıxdaş edilir.
Bir müddət əvvəl oliqarxa məxsus Bakı Əyləncə Mərkəzi sökülmüşdüsə, bu dəfə onun Azərbaycandakı şərikli şirkətinin ləğvinə başlanıb.
Bu haqda «Vergilər» qəzetinin 5 iyul tarixli xüsusi buraxılışında məlumat verilir.
«Armada Ltd.» şirkəti 2007-ci ildə 10 manat kapitalla qurulub. Şirkətin hüquqi ünvanı İskəndər Xəlilova məxsus olan «ISR Plaza» biznes mərkəzidir.
Lakin burada Azadlıq Radiosuna deyiblər ki, ofis kirayələyən şirkətlər arasında «Armada Ltd.» MMC yoxdur və onun direktoru Arif Quliyev də bu iş mərkəzinə gəlib-getmir. Bu səbəbdən şirkətin ləğvinin səbəblərini öyrənmək mümkün olmayıb.
Fəaliyyəti haqda hər hansı bilgi olmayan bu şirkətdə İsgəndər Xəlilovun ortağı Altay Tofik oğlu Həsənov olub. Vergilər Nazirliyi şirkət dövlət qeydiyyatına alınarkən 10 payın şəriklər arasında necə bölündüyü barədə bilgi verməyib.
Altay Həsənov bu ilin iyununda prezident İlham Əliyevin sərəncamı ilə birinci vitse-prezident Mehriban Əliyevanın Katibliyinin rəisi təyin olunub.
“Milyarderlər İttifaqı”nın oliqarx üzvü İsgəndər Xəlilovun Bakıdakı biznesi getdikcə çökdürülür
2013-cü il prezident seçkilərində Kremlin projesində yer almış və Azərbaycan hakimiyyətinin qəzəbinə tuş gəlmiş iş adamının Azərbaycandakı obyektləri bir-bir dağılır.
İş adamı RATİ-nin yaradılması ideyasının Kreml tərəfindən verildiyi barədə deyilənləri də “uydurma” adlandırmışdı:
“RATİ-nin yaradılması ideyasının konkret olaraq kim tərəfindən verildiyini bilmirəm. Amma hamımız bir yerə yığışdıq, bu qərara gəldik. Çünki Ümumrusiya Azərbaycanlıları Konqresi zəifləmişdi, öz funksiyasını yerinə yetirə bilmirdi.
Onun nəhəng biznes imperiyasına “Texnikabank”, “Ramstor” hipermarketi, Bakı Əyləncə Mərkəzi, ISR-Plaza, keçmiş “İnturist”, “Azərbaycan” otelləri, “Mc.Donald‘s”, “NİKOİL” bankı, “Nərgiz” Ticarət Mərkəzi, “Toyota Center”, Bakı Tikiş Fabriki, Neftçala Yod Zavodu, Zaqatalada fındıq, Göyçayda, Lənkəranda, Qubada, Şirvanda, Xaçmazda meyvə şirəsi zavodları da daxildir.
Göründüyü kimi, onların bəziləri artıq yoxdur. Məsələn, “Texnikabank” bağlanıb, “Ramstor” hipermarketi əl dəyişib, keçmiş “İnturist”, “Azərbaycan” otelləri də yoxdur, “NİKOİL” bankı bağlanmaq təhlükəsi yaşayır.
2012-ci ildə İ.Xəliova məxsus “Bakı Teleqraf” ASC rəsmən əlindən alındı. İsgəndər Xəlilov Azərbaycandakı şirkətləri vasitəsilə Neftçalada yod-brom zavoduna, Bakıda bir neçə daşınmaz əmlaka (Hilton Baku, Park Inn, ISR Plaza otel və biznes mərkəzləri), inşaat biznesinə, Heydər Əliyev prospektində anbar sahələrinə sahibdir. Bakıdakı şirkətlərdən biri həm də «Toyota» avtomobillərinin satışı ilə məşğuldur.
Lakin onun Azərbaycandakı biznesi heç də hamar getmir. Bakıda santexnika, təsərrüfat və inşaat materiallarının ən iri satış məntəqələrindən olan «Master Tibot» mağazasını 1998-ci ildə İ.Xəlilov qurmuşdu. İndi bu ticarət obyekti «Gilan Holding» şirkətlər qrupunundur.

Ulus.Az

Şərhlər

XƏBƏR LENTİ