yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Övladlarına görə vəzifədən qovulan eks-məmurlar - SİYAHI

Övladlarına görə vəzifədən qovulan eks-məmurlar - SİYAHI
12-07-2017, 14:40 142 263 dəfə baxılıb

Azərbaycanda yüksək vəzifə tutan bəzi məmur, general və oliqarxların övladlarının özbaşınalığı bir sıra hallarda o həddə çatır ki, ölkə başçısı bununla bağlı tədbir görmək məcburiyyətində qalır. Əksər hallarda həmin məmurlara əvvələr edilən xəbərdarlıqlar harınlığı əngəlləyə bilmədiyindən sonda onlar övladlarının güdazına gedərək, vəzifədən qovulurlar.
Prezident İlham Əliyev bir neçə çıxışında bəzi məmurlara məhz övladlarının xoşagəlməz hərəkətlərinə diqqət etməyə çağırıb. Ölkə başçısı vəzifəli şəxslərdən cəmiyyətdə özlərini apara bilməyən övladları barədə ölçü götürməyi tələb edib.
İlham Əliyev çıxışlarının birində deyib ki, “kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.
Dünən məhz belə oldu, Prezident İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general Novruzəli Orucov vəzifəsindən azad edildi və onun avtoxuliqanlıq edən oğlu Rüstəm Orucov həbs edilib.
Rəsmi məlumatlar əsasında “qəhrəmanlıq” edən bəzi məmur övladlarını sizə təqdim edirik.
Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi olmuş Fəxrəddin Əliyevin oğlu Məhərrəm Əliyev atasına əngəl yaradan övladlardan biridir.
2015-ci il dekabrın 21-də saat 23.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbə sakinləri Ədalət Həsənov, oğlu Orxan, Mehrab Əliyev, Cəmil Həmidov, Nazim Kərimov və Rafiq Kərimovla mübahisə etdikdən sonra M.Əliyev “Vinçestr” markalı tüfəngdən atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarəti yetirib, hadisə yerini tərk edib. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.1 (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Məhərrəm Əliyev və vSamir adlı yoldaşı tutulub. Bundan sonra atası F.Əliyev məlum hadisə ilə bağlı tutduğu vəzifədən azad edilib.
Digər “qəhrəman” isə Gəncədə 2 saylı dövlət notariat kontorunun dövlət notariusu Nəsib İmanovun oğlu Vasif İmanov olub.
2013-cü il iyulun 30-da Gəncə şəhər Baş Polis İdarəsinin iki əməkdaşı polis nəfərləri Zaur Yusibov və Azər Qarayev Hacıkənd qəsəbəsində, yol polisi əməkdaşları ilə birgə sərxoş sürücülərin aşkarlanması istiqamətində tədbirlər həyata keçirən zaman, “VAZ 2107” markalı, 90 MZ 039 dövlət nömrə nişanlı avtomobilə “Saxla!” işarəsi veriblər. Avtomobildən düşən, 1993-cü il təvəllüdlü, Azərbaycan İqtisad Universitetin 4-cü kurs tələbəsi Vasif İmanov sərxoş vəziyyətdə polis əməkdaşlarını söyüb. Polis əməkdaşları 20 yaşlı gənci nizam -intizama dəvət etmək istəyərkən gənc onlara müxtəlif bədən xəsarətləri yetirib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılıb. Nəticədə hadisəni törədən şəxs tutulub.
Övladının yol verdiyi nöqsana görə vəzifəsində azad olunan məmurlardan biri də sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. 2013-cü ilin yanvar ayında oğlu Vüqar Ələkbərovla İsmayıllı sakinləri arasında yaranan insident sonrada həmin rayonda böyük etirazlara səbəb oldu.
Mətbuatda “İsmayıllı hadisələri” kimi işıqlandırılan bu hadisə zamanı eks-nazirin oğluna məxsus “Çıraq” oteli və onun bir neçə bahal avtomobili yandırılıb. Nazirin həmin rayonun icra başçısı olan qardaşı Nizami Ələkbərov da bu hadisələrdən sonra tutduğu vəzifədən azad olundu. Eyni zamanda Füzuli Ələkbərovun özü də “vuruldu”.
Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəis müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov da atasının işqən qovulmasına səbəb olan övladlardandır.
Xalid Mədətov 3 il əvvəl sərxoş vəziyyətdə "Galendawagen" markalı avtomobili ilə qəza törədib. Qəza nəticəsində tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi dünyasını dəyişib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xalid Mədətov 12 il müddətinə azadlıqdan məhrum edilib və cəzasının 3 ilini çəkib. O, prezident İlham Əliyevin 16.03.2017-ci ildə imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. Qeyd edək ki, bu hadisədən sonra Mübariz Mədətov vəzifəsindən kənarlaşdırılmışdı.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucov barəsində bu gün Baş Prokurorluq məlumat yayıb
O, əvvəllər çoxsaylı yol hərəkəti qaydalarını pozduğuna görə avtomobil idarə etmək hüququndan məhrum edilibmiş. Bununla belə Rüstəm Orucov iyulun 3-də tam qanunsuz şəkildə 10-OG-300 nömrəli BMW-nin sükanı arxasına əyləşərək, qaydaları yenidən pozub və 8 saylı marşrut avtobusunun sürücüsü Sənan Səmədovun haqlı danlağına tuş gəlib. Rüstəm Orucov avtobus sürücüsünün qınağına cavab olaraq sərnişinlərin gözləri qarşısınada ona hücum edib, döyməyə başlayıb və beləliklə, qatı xuliqanlıq hərəkətləri edib.
Nəticədə Prezident İlham Əliyevin sərəncamı ilə ötən gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad edilən general Novruzəli Orucovun xuliqanlıq edən oğlu Rüstəm Orucov həbs edilib.

modern


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Ovladlarina, gore, , qovulan, vezifeden, SYAH, eks memurlar
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-12-2017


15-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ