SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əliyev daha bir generalı vəzifədən azad etdi

Əliyev daha bir generalı vəzifədən azad etdi

Tarix:

11-07-2017, 19:30

/ 140 273 dəfə oxundu.
Əliyev daha bir generalı vəzifədən azad etdi

Azərbaycan Prezidenti İlham Əliyev Novruzəli Orucovla bağlı sərəncam imzalayıb.

xalqxeber.az xəbər verir ki, sərəncamda deyilir:

1. Novruzəli Hüseyn oğlu Orucov Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, bu gün eyni zamanda general Akif Şəfiyev də Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Şərhlər

XƏBƏR LENTİ