SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Elmar Məmmədyarovun ailəsində ağır itki

Elmar Məmmədyarovun ailəsində ağır itki

Tarix:

10-07-2017, 20:39

/ 80 290 dəfə oxundu.
Elmar Məmmədyarovun ailəsində ağır itki

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ailəsinə ağır itki üz verib.

Nazirin qayınatası Bünyad Sərdarov bu gün vəfat edib. Mərhumun elə bu gün də dəfn olunduğu bildirilir. B.Sərdarov uzun müddət elm sahəsinə çalışıb. 1944-cü il təvəllüdlü B.Sərdarov uzun müddət Azərbaycan Memarlıq və İnşaat Universitetində çalışıb. 1981-ci ildə 36 yaşında bu ali təhsil ocağına rektor təyin edilib.

Bünyad Sərdarov məşhur inqilabçı Bünyad Sərdarovun nəvəsidir.

E.Məmmədyarov hazırda Türkiyədə rəsmi səfərdə olduğundan dəfn mərasimində iştirak edə bilməyib.

Allah rəhmət eləsin.

Şərhlər

XƏBƏR LENTİ