SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nazirin polkovnik qudasının dosyesi: Niyazi Bayramovun dotasiyası kəsildi

Nazirin polkovnik qudasının dosyesi: Niyazi Bayramovun dotasiyası kəsildi

Tarix:

27-01-2017, 00:04

/ 3 140 dəfə oxundu.
Nazirin polkovnik qudasının dosyesi: Niyazi Bayramovun dotasiyası kəsildi

Mingəçevir şəhər İcra Hakimiyyətinə ayrılan dotasiyalar kəsilib

Daxil olan məlumata görə, şəhər icra hakimi Niyazi Bayramov və komandasının maxinasiyaları belə nəticələnib.

Mingəçevir ŞİH-nə ayrılan pullar yarıbayarı azaldılıb və görülən işlərin hesabatı tələb olunub. Gənclər və idman naziri Azad Rəhimovun qudası olan Mingəçevir şəhər rəhbəri büdcədən ayrılan pulları doğru-düzgün xərcləməyibmiş.

Hətta iddialara görə, icra başçısı nazirdən xəbərdarlıq eşidib. A.Rəhimov N.Bayramovun nəzərinə çatdırıb ki, diqqətli olmaq lazımdır, həssas zamandır.

Deyilənlərə görə, Mingəçevir Şəhər İcra Hakimiyyəti 1 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (ümumi məbləğ: 999899,19 manat), 7 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (ümumi məbləğ: 999639,92 manat) və 9 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (999869,56 manat) “Tam Ortaqlı İnşaatçı” şirkətinə həvalə edib.

Şamil Əli oğlu Əliyevin və Qeys Məmməd oğlu Siraclının adına olan bu şirkətin qeydiyyat ünvanı isə Bakının Yasamal rayonundadır.

Bildirilir ki, “Tam Ortaqlı İnşaatçı” şirkəti Mingəçevirdə böyük məbləğli sifarişləri məhz Niyazi Bayramov icra başçısı postuna təyin olunduqdan sonra alıb. Bu isə öz növbəsində, olduqca ciddi məqamlardan xəbər verir. Hələ bu, harasıdır.

Deyilənlərə görə, Mingəçevir Şəhər İcra Hakimiyyəti uşaq bağçaları, o cümlədən imkansız ailələrin təmin edilməsi üçün ət və ət məhsullarının alınmasına 126 min manat, ərzaq məhsullarının alınmasına 562 min, çörəyin alınmasına isə 70 min manat pul xərcləndiyini sənədləşdirib.

Niyazi Bayramovun bioqrafiyası da ilgincdir. 1986-1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində Şöbə Müdiri, 1992-1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının Müavini vəzifələrində çalışıb.

1995-1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın Rəisi, 1997-2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin Rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin Müavini işləyib.

2009-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin Rəisi,vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Qarabağ müharibə iştirakçısıdır. Polkovnikdir. Ailəlidir, 2 övladı var.

Bununla belə, Niyazi Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin yerləşdiyi ərazinin arxasındakı «Dostluq» parkının 400 kvadratmetrdən çox ərazisini dövlət hesabına təmir etdirib.

Daha sonra həmin ərazini öz şəxsi mülkiyyəti kimi sahibkarlara satıb. Bildirilir ki, parkın satılan ərazisində isə 30-dan artıq ağac məhv edilib.

Bəzi iddialara görə, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı dövlət parkının 1 kvadratmetrini 250 manata sataraq, 100 min manat əldə edib.

Misal üçün, ötən il Mingəçevirdə yerləşən “Sahil” və “Heydər” parklarının təmirinə 1 milyon yarım manat vəsait ayrılmışdısa, həmin maliyyə vəsaitinin böyük bir hissəsi mənimsənilib.

İcra başçısı “Lider Monolit MMC”ni yaxınlarının adına yazdıraraq əldə etdiyi vəsaiti onunla əlbir işləyən məmurlarla birlikdə bölüşdürüb. ŞİH-nin mövqeyini və hörmətli icra başçısını dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ