SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Heydər Əsədov görəsən bundan xəbərdardırmı? - BAŞ BAYTAR FAKTLARLA İFŞA OLUNDU!!!

Heydər Əsədov görəsən bundan xəbərdardırmı? - BAŞ BAYTAR FAKTLARLA İFŞA OLUNDU!!!

Tarix:

8-07-2017, 09:13

/ 117 695 dəfə oxundu.
Heydər Əsədov görəsən bundan xəbərdardırmı? - BAŞ BAYTAR FAKTLARLA İFŞA OLUNDU!!!

Deməli, qısa müddət ərzində bir neçə daşınmaz əmlaka sahib olmaq üçün cəmi cümlətanı 2 il Dövlət Baytarlıq Nəzarəti Xidmətinə rəhbərlik etmək kifayət imiş

Bu “rekord” Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin iki ildir rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanova məxsusdur. Verilən məlimata görə Azər müəllim Göygöl rayonunda tikdirdiyi evlə yanaşı, Bakı şəhərinə vəzifədə oturarandan az keçmiş Bakı şəhəri Mehtiabad kəndində yarımçıq qalmış böyük villasının tikintisini və təmirini başa çatdirdı (fotosu əlavə edilir).
Göygöldəki villası, “Karusel” İstitahət Mərkəzi, Mehdiabad kəndində böyük villası onun tutduğu vəzifənin qarışılığında azlıq etdiyi üçün qardaşı Azad İdris oğlunun adına Bakı şəhəri, Binəqədi rayonu S. S. Axundov küçəsi, 7C ünvanında “İsmayıloğlu” MTK-nın inşa etdiyi hündür mərtəbəli binanın (Novostroyka) II ala qapı, 6-cı mətəbəsində iki mənzili alaraq birləşdirmiş və hazırda şıdırğı təmir işlərilə məşğuldur (Binanın fotosu əlavə edilir). Azərin yaydığı şayəyə görə əmlaklar qardaşı Azada məxsusdur. Azadın vergi orqanına aylıq gəlirindən vediyi rəsmi bəyannamədə göstərdikləri araşdırılsa, onun bu qədər əmlak üçün vəsait qazanmasının qeyri-mümkün olması üzə çıxacaq. Təbii ki, bu əmlaklar Göygöl rayonunda deyilən kimi “baytarlıq naziri” Azər müəllimin “qazancı” hesabına əldə edilib. Oxucularımıza bir daha xatırladırıq ki, Azər müəllimin tutduğu Dövlət Xidmətinin rəisi vəzifəsinin aylıq maaşı 1050 AZN-dir. Halaldı, Azər müəllimə, pulu var xərcləyir.

Necə deyərlər: “KİŞİNİN EVİ OLAR DA”

Qulaq gündə bir söz eşitməsə... “Cəza almayacağını bilən bir şəxs acıq, sahibsiz qalan “qapıdan” hər nəvarsa özü üçün daşyacağı adi haldır. Sosial şəbəkələrdə isə Azər Süleymanovun I qrup əlil olması barədə yazılar dərc edilməklə “təbil çalınır” və I qrup əlilin Dövlət Baytarlıq Nəzarəti Xidməti kimi önəmli olan bir dövlət qurumunda yüksək vəzifə tutması oxucularımızın (Heydər Əsədov istisna olmaqla?) təəccübünə səbəb olmuşdu. Bütün tərəflərin cavab haqqı tanınaraq belə bir şəxsin rəis vəzifəsini tutmasına aydınlıq gətirməsi məqsədilə Dövlət Xidmətinin tabe olduğu Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinə müraciət edilsə də nazirlik hələ də sükutdadır. Məlumat üçün bildiririk ki, “Dövlət Qulluğu haqqında” AR Qanunun 18.0.11 maddəsində qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməsi dövlət qulluqçusunun əsas vəzifələrindəndir. Azər müəllimin səhhətində olan ciddi problemlərə görə vaxtaşırı Türkiyədə və digər xarici ölkələrdə müalicə almasını, daima həkim nazrətində olmasını tibbi müdaxilə üçün qoluna yerləşdirilmiş vazofiks bir daha sübut edir. Təbii ki, hər bir insanın səhhətində nə vaxtsa olacaq problemdən heç birimiz sığortalanmamışıq, həmçinin Azər müəllim. A.Süleymanov vəzifəsindən sui-istifadə edərək dövlətin hesabına ezamiyyə adı ilə müalicə üçün xaricə getməsi bəs deyilmiş kimi, Respublika Baytarlıq Laboratoriyasında direktor müavini işləyən dayısı oğlu Elşad daima xaricdə türist səfərindədir. Xidmətin heyvan məhsullarına nəzarət şöbəsinin sektor müdiri qanunvericiliyə zidd olaraq dövlət qulluğu komissiyasından keçmədən 3 ildir qanunsuz müqavilə ilə vəzifə tutan Aydın Hüseynov isə “daxili bazarı koordinasiya” edir. Belə ki, Aydın Hüseynov şirkətlərin istehsal etdiyi heyvandarlıq məhsullarının xaricə ixrac etmək üçün baytarlıq-sanitariya vəziyyətini guya ki, monitorinq etmək məqsədilə hər qeyri-iş günləri, gizlincə respublikanın rayon və şəhərlərində fəaliyyət göstərən istehsal müəssisələrinə göndərilir və iş günləri isə heç bir şey olmamış kimi öz işinin üstündə olur. “Haqq” alındıqdan sonra həmin şirkətlərin xaricə məhsul çıxartmaq məqsədilə reystrə daxil edilmək üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən vəsatət verilir. Bu yollarla yenə də iş adamları soyulur. Pul verməyən şirkətlərin potensialları, tələblərə uyğunluğu olmasına baxmayaraq, hələ də xaricə cıxışları bağlıdır. Bundan başqa, Aydın Hüseynov ölkəyə Rusiyanın Stavrapol, Moskva vilayəti, Rostov, həmçinin İran və s. dövlətlərdən quşculuq məhsulları idxal edən iş adamlarının başına olmazın “oyunları”nı gətirir. “İxrac edən ölkədə quş qripi var” deyərək əvvəlcə məhsulun Azərbaycana buraxılmayacağı səhnəsini “qurur”. Təlimata görə quş qripi baş verən ocaqdan 10 km radiusunda olan ərazidən quşçuluq məhsulu çıxarıla bilməz. Ancaq idxal sənədlərdən də göründüyü kimi, iş adamlarının ölkəyə idxal etdiyi məhsullar xəstəlik baş vermiş ərazidən 100 km məsafədə olan təsərrüfatdan çıxır. Belə olan halda 100 km məsafədə istehsal olunmuş quş məhsullarına heç bir məhdudiyyət qoyula biməz. Aydın Hüseynov və Azər Süleymanov tandemi bundan maddi maraqlar çərçivəsində manipulyasiya edərək böyük pullar qazanır. Bu, yalnız aysberqin görünən tərəfidir.
Əldə edilən dəqiqləşdirilmiş məlumata görə Göygöl rayonunda Azər müəllim ona məxsus “KARUSEL” İSTİRAHƏT MƏRKƏZINDƏ HOTEL inşaasının başlanması üçün əzəmətli “GİRİŞ QAPISI” tikdirir (foto). Tikinti işləri və özünün müalicəsinə başı qatışdığına görə malqaranı xəstəliklərdən qorumaq kimi ona həvalə edilmiş dövlət işləri ilə məşğul olmağa imkanı qalmır. Ona görə də Qusar rayonunda baş vermiş dabaq xəstəliyi heyvan sahiblərini çətin iqtisadi duruma salmışdır. Azər müəllimin rəhbərliyi dövründə baytarlıq xidmətində istəlinən nəticəni görə bilmədik, bu quruma isə rüşvət ittihamları daha da artdı. Bunula belə, Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi tabeliyində olan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin qanunsuz hərəkətləri ilə Nazirliyin imicini əhalinin nəzərində ciddi zədələyən Azər Süleymanovun qanunsuz halların qarşısını almaq istiqamətində əlini “ağdan-qaraya” belə vurmayıb. Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində son illərdə sahibkarlığın inkişafı ilə bağlı imzaladığı mühüm sənədlər strateji əhəmiyyət kəsb edir. Qəbul edilən qərarlar sahibkarlığın inkişafında nəzərə çarpan süni əngəllərin aradan qaldırılması məqsədi daşıyır. Lakin Dövlət Baytarlıq Nəzarəti Xidmətində sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilir. Onlara qarşı əsassız tələblər irəli sürülür. Azərbaycan CPM-nin tələblərinə görə, fakt üzrə cinayət işinin başlanması üçün həm də kütləvi informasiya vasitəsinin məlumatları da əsas sayılır (“Maddə 46). 46.2. Cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər”. CPM-də aydın şəkildə yazılıb ki, istintaq orqanı həm də KİV-də işıqlandırılan faktlara görə cinayət işi başlaya bilər…
Verilən məlumata görə prezident İlham Əliyevin korrupsiya ilə mübarizəni sərtləşdirdiyindən ruhlanan, içində inam yaranan adının çəkilməsini istəməyən baytarlıq mütəxəssisi şəxsən nazirliyə gələrək Dövlət Baytarlıq Nəzarəti Xidmətində baş verən qanunsuzluqlar, mövcud olan korrupsiya barədə faktları açıqlamışdır. Lakin yenə də cənab nazir susur...
Daha bir xəbərə görə bildirilir ki, Azər müəllim havadarlarının köməyi ilə yenə də əvvəlki kimi bu bataqlıqdan da qurtula biləcəyi ehtimal olunur? Mənbənin verdiyi məlumata istinadən Azər Süleymanov öz əməllərinin ört-basdır etmək üçün həmin şəxslərə qarşı şər - iftira kompaniyasına start verib. Görəsən Heydər Əsədovun marağı nədir ki, tabeliyində olan yarıtmaz idarəçilik nəticəsində ölkənin baytarlıq sisteminə, Kənd Təsərrüfatı Nazirliyinin imicinə zərbə vuran, iş adamlarına qənim kəsilmiş, saxta dabaq vaksinini heyvanlara vuraraq ölkəni xəstəlik təhlükəsi ilə qarşı-qarşıya qoyan, vəzifə atına mindikdən sonra villalara sahib olan Azər Süleymanovu qanunun tələbləri ilə cəzalandırmır. Nə qədər olar ki, Azərin qanunsuz əməllərindən zara gəlmiş heyvan sahibləri, sahibkarlar tərəfindən daxil olan şikayət müraciətlərinə nazirlikdə “faktlar təsdiq edilmədi” cavabı vermək olar? Cənab Heydər Əsədov bu qondarma, çeynənmiş cavab məktublarına imza etməkdən yorulmur? Azərin əməllərindən boğaza yığılmayıb? Nazirlikdə Azərin qanunsuz fəaliyyəti barədə vətəndaş müraciətləri gizlədilsə də, onsuzda günü-gündən baytarlıq sahəsində geriləmələr müşahidə olunur. Buda ölkə ictimayyətinin gözündən qaçmır.
Azər müəllim peşəkar baytarlıq kadrlarını işdən uzaqlaşdıraraq qohumlarını, tələbə yoldaşlarını vəzifələrə təyin etdirmişdir: Elşad Rzayev - dayısı oğlu, Respublika Baytarlıq Laboratoriyasının direktor müavini. Mübariz Nəbiyev - təqaüdçü, Respublika Baytarlıq Laboratoriyasında şöbə müdiri. Əhəd Əliyev- Respublika Baytarlıq Laboratoriyasında ixtisasına uyğun olmayan şöbənin müdiri, verilən məlumata görə ictimai təhlükəli əməllərinə görə məhkum edilmiş. Aydın Hüseynov - Dövlət Xidmətində qanunsuz müqavilə ilə sektor müdiri, dövlət qulluğu komissiyasından keçməyib. Tahir Abdullayev - Abşeron Rayon Baytarlıq İdarəsinin rəisi. Kamran Məmmədov - Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinin rəisi. Oktay Həmidov Göygöl rayon Baytarlıq İdarəsinin rəisi. Arzu - Göygöl rayon Baytarlıq İdarəsinin rəisinin müavini. Oqtay Xəlilov - Şirvan Rayonu Baytarlıq İdarəsinin rəisi . Ceyhun Əliyev dövlət qulluğu komissiyasından keçmədən Epidemioloji nəzarət və profilaktika sektorun müdiri təyin edilmişdir. Verilən məlumata görə Azər müəllim Respublika Baytarlıq Laboratoriyasında savadlı, uzun müddət baytarlıq diaqnostikası sahəsində yetərincə təcrübəyə malik Vətəni Mahirənin yerinə şöbə müdiri təyin etmək üçün yaxın adamı hazırda tibb sahəsi üzrə əyani təhsil alan (əyani təhsil alan şəxsin laboratoriyada işləməsi təəccüb doğur) Tağıyeva Səfadəni Respublika Baytarlıq Laboratoriyasına işə təyin edib. Sırf bu sahənin mütəxəssisi isə işini itirmək təhlükəsindədir. Yəqinki cənab Heydər Əsədov tutduğu yüksək dövlət vəzifəsinin tələblərinə məsuliyyət hissi ilə yanaşacaq Azər Süleymanov haqqında aşkarlanan korrupsiya faktları, heyvandarlığa baytarlıq xidmətinin hazırkı acnacaqlı vəziyyəti barədə rəsmi arayışı ört-basdır etməyə imkan verməyəcək və müzakirəyə buraxaraq nazirliyin səlahiyyəti daxilində tədbir görəcək? Göygöl rayonunda Azər müəllimə məxsus “KARUSEL” İSTİRAHƏT MƏRKƏZINDƏ tikiləcək HOTELİN Giriş Qapısının, Mehtiabaddakı Villanın və Binəqədi rayonundakı “Novostoykanın” fotosunu təqdim edirik.

Ulus.Az

Şərhlər

XƏBƏR LENTİ