SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Arif Alışanovun fəaliyyəti AzTV-də qeyri-müəyyənliyə səbəb olub - ŞİKAYƏT VAR

Arif Alışanovun fəaliyyəti AzTV-də qeyri-müəyyənliyə səbəb olub - ŞİKAYƏT VAR

Tarix:

26-01-2017, 16:32

/ 2 021 dəfə oxundu.
Arif Alışanovun fəaliyyəti AzTV-də qeyri-müəyyənliyə səbəb olub - ŞİKAYƏT VAR

AzTV-nin tanınmış rejissoru, əməkdar incəsənət xadimi Nazim Zeynalov işdə üzləşdiyi ədalətsiz münasibətə görə, qurumun rəhbəri Arif Alışanova mətbuat vasitəsilə müraciət etmək məcburiyyətində qalıb.

Rejissor 1 il əvvəl xüsusi olaraq yenidən işə dəvət edildiyini, lakin indi normal çalışmasına imkan verilmədiyini deyib.

Düşdüyü vəziyyətə görə sədrdən narazı olmadığını deyən N.Zeynalov onun ətrafındakılardan şikayətlənib, xüsusən TV-nin proqram direktoru, "səriştəsiz və qeyri-peşəkar” adlandırdığı İlham Alışanovu tənqid edib.

Onu qeyri-səmimilikdə, süründürməçilikdə, təkliflərini və çəkdiyi verilişləri sədrə çatdırmamaqda təqsirləndirib. Telekanalın idarəçiliyində yol verilən nöqsanların məhz İ.Alışanov kimilərdən qaynaqlandığını bildirən rejissor qeyri-standart üsula əl ataraq, mətbuat vasitəsi ilə sədrdən vəziyyətə aydınlıq gətirməsini xahiş edib.

AzTV-nin mətbuat xidməti isəməsələni "daxili məsələ” adlandıraraq, bu haqda heç bir şərh verməyəcəklərini bildirib. Lakin qurumdakı başqa bir mənbə burada çox adamların N.Zeynalov kimi qeyri-müəyyən vəziyyətdə olduğunu bildirib.

Mənbənin sözlərinə görə, bunun əsas səbəbkarı AzTV sədri Arif Alışanovdur.

Sədrin qəbuluna düşməyin mümkünsüzlüyü barədə danışan mənbə qeyd edib ki, A.Alışanov geniş biznes fəaliyyəti ilə məşğul olması səbəbindən iş yerinə az-az gəlir.

Mənbənin məlumatına görə, AzTV sədri hazırda Bakıda yaşayış binası, Şamaxıda mehmanxana, Xızıda villa tikir, bundan başqa, Quba və Xaçmazda torpaq alış-verişi ilə məşğuldur.

Şərhlər

XƏBƏR LENTİ