SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “VAST” MMC-nin saxtakarlığı və qudaların gizli oyunu

“VAST” MMC-nin saxtakarlığı və qudaların gizli oyunu

Tarix:

6-07-2017, 13:41

/ 122 873 dəfə oxundu.
“VAST” MMC-nin saxtakarlığı və qudaların gizli oyunu

daxil olan məlumata istinadla bildirir ki, Bakının Qobu və ora yaxın yaşayış məntəqələrinin su təchizatının yenilənməsi üçün bir neçə il öncə layihə həyata keçirilməli idi. Lakin həmin layihənin və planın həyata keçirilməsi bu günə qədər naməlum səbəblərdən gecikdirilmiş işlər isə yarımçıq qalmaqdadır.
Məsələ ilə bağlı apardığımız araşdırmalar nəticəsində məlum olub ki, Qobu qəsəbəsi və ətraf yaşayış məntəqələrinin su təchizatının yenilənməsi, komunal xəttlərin çəkilməsi, içməli su anbarlarının tikilməsi üçün “Azərsu”ASC tender elan edib və tenderdə fəaliyyəti hamıya qaranlıq qalan “VAST” MMC qazanıb.
Maraqlıdır ki, layihəni həyata keçirməyə borclu olan “VAST”MMC –nin işi yarımçıq qoyması və bir neçə ildir ki, vətəndaşların narazılığına bifanə münasibət göstərməsi diqqətimizdən kənarda qalmadı. Qobu sakinlərinin müraciətini nəzərə alaraq əməkdaşlarımız araşdırmalar aparmış və “VAST”- əsl sahibini aşkara çıxara bilmişlər.
“VAST”MMC Pirallahı rayon icra başçısı Vasif İmanov tərəfindən yaradılıb. Adın Hərfi mənası belədir: VAST – Vasif, Aynur, Söhrab, Turan. Vasif İmanov həm qızının həmdə iki oğlunun adını MMC – nin adında qeyd etdirməkləailə biznesinə yeni şirkət əlavə edib. Hazırda “VAST”MMC adı ilə Pirallahıda beton zavodu fəaliyyət göstərir və icra başçısına xidmət edir.
Yuxarıda qeyd etdiyimiz faktlardan göründüyü kimi “Azərsu”ASC layihələrin həyat keçirilməsi üçün təşkil etdiyi tenderlərdə “VAST”-ın qalib gəlməsi təsadüfi deyil. Pirallahı icra başçısı Vasif İmanovun “Azərsu”ASC-nin rəhbəri Qorxmaz Hüseynovla quda olması onu saxta yollarla qalib edib. Belə ki, icra başçısının kiçik oğlu Turan Qorxmaz müəllimin kürəkənidir. “VAST”MMC-nin rəhbəri isə Vasif İmanovun böyük oğlu Söhrab İmanovdur.
Qudaların çirkin oyunu nəticəsində 8 milyon dövlət vəsaiti mənimsənilib ki, nəticədə içməli susuz qalan sakinlər narazı kütləyə çevrilib.
Adıçəkilən hər iki məmurun – qudaların şefi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevdir. Vasif İmanovun oğlu Söhrabın bildirdiyinə görə bütün gizli işlər şefin tapşırığı ilə həyata keçirilir və mənimsənilən milyonlarda onun payı var.
Məsələ ilə bağlı “VAST”MMC-nin rəhbəri Söhrab bəylə əlaqə saxladıq. Onun bildirdiyinə görə işlərin yarımçıq qalmasının səbəbkarı Qorxmaz Hüseynovdur. Yəni maliyyə tam ayrılmadığından işləri yekunlaşdırmaq mümkün olmayıb.
Mövzu ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
Araşdırmalarımız davam edir. Bizi izləyin.

Realliq.info

Şərhlər

XƏBƏR LENTİ