SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Daha bir toxunulmaz SƏMƏDZADƏ... - İDDİA

Daha bir toxunulmaz SƏMƏDZADƏ... - İDDİA

Tarix:

5-07-2017, 10:20

/ 65 550 dəfə oxundu.
Daha bir toxunulmaz SƏMƏDZADƏ... - İDDİA

27 dekabr 2016-cı il tarixində Səngəçal qəsəbəsinin Yenikənd adlı ərazisində Azəriqazın Qaz ixracı idarəsinin kompressor stansiyasında 125 atmosfer təyziqi olan qaz xəttinin partlaması nəticəsində partlayış baş vermişdir. Hadisədən bir neçə gün sonra, yəni 2 yanvar 2017-ci ildə həmin ərazidəki qaz xəttində yenidən böyük partlayı baş vermişdir.
Qaradağ rayonu Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş verən partlayışla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) açıqlama yaymışdır ki, Bakı şəhəri, Qaradag rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayış baş verməsini təsdiqləmişdir.
Hadisə ikinci dəfə baş verdikdən dərhal sonra yerli sakinlərlə görüşən SOCAR təmsilçisi, “Azəriqaz”ın Qaz İdarəsinin rəis müavini olmuş Nazim Səmədzadə izah etmişdir ki, burada hansısa məqam axtarmağa ehtiyac yoxdur.Hadisə sadəcə sırf texniki səbəbdən baş vermişdir. Yəni, qaz xəttində təzyiqin artması nəticəsində partlayışlar olub və burada hər hansı təxribat əməli yoxdur.
“Günəşli” yatağında olduğu kimi bu partlayışların da baş vermə səbəblərini müstəqil jurnalist olaraq araşdıran zaman bəzi maraqlı məqamlar ortalığa çıxdı. Belə ki, adının açıqlamasını istəməyən qaz idarə işçisi bildirdi ki, Bakı-Ələt yolunun 40-60-cı kilometrliyində yenicə təmir olunaraq istifadəyə verilən diametri 1000-1200 mm qaz boru kəmərlərinin birləşmə hissələrində qaynaq işləri çox keyfiyyətsiz formada icra eilmiş və məhz bunun nəticəsində də xəttə verilən yüksək qaz təzyiqinə tab gətirməyən xəttlərdə ardıcıl partlayışlar baş vermişdir. Məslə ondadır ki, bu partlayışların təkrarlanmaması üçün 20 kilometr uzunluğunda olan ağır tonajlı dəmir boru xəttləri yenidən sökülərək daşınmış və 20 km-lik qaz xətti yenidən çəkilməli olmuşdur. Nəticədə həm söküntü-demontaj işlərinə, həm də montaj işlərinin görülməsi üçün 3 dəfə artıq xərc çəkilmişdir.
Dövlət başçısının nəzarətində olan bu hadisə ilə bağlı yaradılmış komissiya hadisənin səbəblərini araşdıran zaman məlum olmuşdur ki, 20 km uzunluğunda bu qaz xəttinin montaj işləri görülüb təhvil-təslim zamanı tərtib edilmiş bütün aktlara İdarə rəisinin müavini Nazim Səmədzadə şəxsən özü imzalayaraq təhvil almışdır. Budur, adı bir səhlənkarlıq və görülən keyfiyyətsiz işlərə görə son nəticədə dövlət büdcəsindən bu irihəcmli qaz xəttinin bərpası üçün 3 dəfə artıq vəsait xərclənməsinə səbəb olmuşdur. Doğrudurdur, baş vermiş hadisə ilə bağlı araşdırma aparılsa da, Ziyad Səmədzadə kimi deputat və akademik qohumu olan əsas cavabdeh və məsul şəxs olan Nazim Səmədzadəyə bu məsuliyyətsizliyinə görə “gözün üstə qaçın var” deyən olmadı. Çünki bu məmur “cəzasızlar” kateqoriyasına aiddir.Lakin buna baxmayaraq hadisə ilə bağlı yaradılmış dövlət komissiyasının sədri cənab Prezidentə məlumat vermişdir.
Cənab N.Səmədzadənin onda da bəxti gətirib ki, o Sovet dönəmində deyil, müstəqil Azərbaycan dönəmində yaşayır. Yoxsa, sərt Sovet qanunvericiliyinə görə N.Səmədzadə dövlətə vurduğu külli-miqdarda ziyana görə ölüm cəzasına məhkum edilərdi.

Müstəqil jurnalist Əsgər Nağıyev

xalqxeber.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ