SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanda tutulan seksual manyakla bağlı YENİ XƏBƏR - VİDEO

Azərbaycanda tutulan seksual manyakla bağlı YENİ XƏBƏR - VİDEO

Tarix:

3-07-2017, 12:51

/ 56 804 dəfə oxundu.
Azərbaycanda tutulan seksual manyakla bağlı YENİ XƏBƏR - VİDEO

2 gün əvvəl Xırdalan şəhərində əhali tərəfindən tutularaq polisə təslim edilən seksual manyakla bağlı bəzi məqamlar üzə çıxıb. Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, Xırdalan şəhəri Heydər Əliyev prospektində binalardan birinin həyətində 7 yaşlı uşağa qarşı seksual xarakterli hərəkət edərkən sakinlər tərəfindən yaxalanan 1979-cu il təvəllüdlü Buqurov İbrahim Xankərəm oğlu əvvəllər məhkumluq həyatı yaşayıb. Həmin gün polisin linç edilməkdən qurtardığı şəxs dərhal məhkəməyə aparılıb və barəsində istintaq dövrü üçün 2 aylıq həbs-əqtimkan tədbiri seçilib. Onun barəsində Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə iş başlanılıb.

Bu arada məlum olub ki, seksual manyakla bağlı Abşeron rayon Polis İdarəsinə Xırdalan sakini olan 3 nəfər tərəfindən müraciət daxil olub. Onlar manyakın 7-8 yaşlı uşaqların köməksiz vəziyyətdə olmasından istifadə edərək onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini bildiriblər.

Qeyd edək ki, seksual manyakın tutulmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

*****

2 iyul

Abşeron rayonunda uşaqlara təcavüz edən manyak peyda olub.Ötən gün həmin şəxs Xırdalan şəhərində 6 yaşlı uşağa təcavüz etmək istəyən zaman ətrafda yaşayan sakinlər tərəfindən tutulub.

Sakinlər əvvəlcə həmin şəxsi döyüblər. Daha sonra isə rayon polis idarəsinə məlumat veriblər. Əraziyə gələn bir neçə polis işçisi adı hələ ki açıqlanmayan şəxsi idarəyə aparıblar. Manyakın polis şöbəsinə aparılmasını əks etdirən kadrlarda da ayın görünür.

Abşeron rayon Polis İdarəsindən Lent.az-a faktı təsdiqləyiblər. Bildirilib ki, son vaxtlar Xırdalanda insanlar arasında uşaqlara təcavüz edən seksual manyakın peyda olması ilə bağlı təşviş yaranıbmış.

Şərhlər

XƏBƏR LENTİ