SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Diaspor liderindən Polad Bülbüloğlu haqqında ŞOK MÜRACİƏT…

Diaspor liderindən Polad Bülbüloğlu haqqında ŞOK MÜRACİƏT…

Tarix:

26-01-2017, 10:49

/ 2 532 dəfə oxundu.
Diaspor liderindən Polad Bülbüloğlu haqqında ŞOK MÜRACİƏT…

“Bizə deyirlər ki, “bax Azərbaycanın demokratiyası budur. Azərbaycanlılar öz vətənpərvər şəxslərini belə batırırlar”
Əziz dostlar, kolleqalar və qardaşlar!
Mən İslam Hüseynov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin adına petisiya təşkil etmişəm. Bu petisiya “Lider” kanalından qovulmuş jurnalist Anar Həsənova dəstək vermək və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun işindən azad olunması üçün təşkil olunub. Anarın işindən qovulmasının səbəbkarı Polad Bülbüloğludur. Bu gün Anarı məhv edirlər, sabah hamımızı məhv edəcəklər.
Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk nümayəndəliyinin rəhbəri İslam Hüseynovdan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə:
“Cənab prezident, Sizə öz adımdan və həmfikirlərim adından müraciət edərək bildirmək istəyirəm ki, baş vermiş bu hadisə dünya Azərbaycanlılarına qarşı hörmətsizlikdir. Ölkəmizi istəməyən qüvvələr ölkəmizdə söz azadlığına qarşı təzyiqlərin olduğunu dediyi bir məqamda bu olay yaşandı. Məşhur Azərbaycanlı jurnalistin “Lider” kanalından uzaqlaşdırılması heç də yaxşı hal deyil. Anar işindən ona görə uzaqlaşdırıldı ki, o mətbuat konfransında milyonlarla Azərbaycanlını narahat edən sual verdi. Anar Sergey Lavrovdan soruşub ki, Azərbaycan işğal altında olan torpaqlarında antiterror əməliyyatlarına başlasa Rusiyanın buna münasibəti necə olacaq? Lavrov isə bu sualı öz tərzində cavab verib, suala verilən cavab geniş müzakirələrə səbəb olub. Ümumiyyətlə nüfuzlu şəxslərin açıqlamaları hər zaman müzakirə predmetinə çevrilir, bu normal haldır. Bildiyimiz kimi Qarabağ münaqişəsində ATƏT, BMT və bir sıra qurum və dövlətlər də vasitəçilik edirlər. Burada bir məqam diqqətdən qaçdı. Lavrov açıqlamasında hazırda ermənilərin nəzarəti altında olan əraziləri işğal olunmuş Azərbaycan torpaqları adlandırdı. O, qeyd etdi ki, həmin torpaqlar azad olunmalıdır.

Bu hadisədə jurnalist ortaya çox gözəl bir iş qoymuş oldu. Gözləmək olardı ki, bu hadisədən sonra Azərbaycan mətbuatı və diplomatları baş vermiş olaydan istifadə edərək informasiya müharibəsi aparacaqlar, amma belə olmadı. Anar Həsənovun Lavrovu çətin vəziyyətə salmasına dair məlumatlar yayılmağa başladı. Əslində isə Sergey Lavrovu çətin vəziyyətə salmaq heç də asan məsələ deyil. Jurnalistimizin işinə qiymət vermək əvəzinə onu işindən azad etdilər. Kənarda olan insanlar isə artıq buna gülməyə başlayıb. Bizə deyirlər ki, “bax Azərbaycanın demokratiyası budur. Azərbaycanlılar öz vətənpərvər şəxslərini belə batırırlar. Budur Azərbaycandakı demokratiya, bir suala görə jurnalist işindən azad olunur. Şübhəsiz ki, baş verənlər məni və mənim həmfikirlərimə pis təsir edir. Biz Azərbaycan və Rusiyaya hər zaman xoş günlər arzulamışıq. Anarın işindən azad olunmasının əsas səbəbkarı Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğludur.
Səfir Azərbaycanın mövqelərini gücləndirmək əvəzinə mətbuatın işinə qarışmağa başladı. Qanunlara görə isə mətbuatın işinə heç kəs qarşıa bilməz. Mətbuat azad olmalıdır. Bu bizim ölkə üçün utancverici haldır.
Hörmətli prezident!
Sizin iyun ayında Bakıda Dünya Azərbaycanlılarının Konqresində etdiyiniz çıxışınız mənim yadımdadır. Siz açıq şəkildə bildirdiniz ki, ölkəmizin təbliğatında diasporaların və mətbuatın apardığı iş çox önəmlidir. Anar Həsənov da Sizin çağırışınıza uyğun addım atıb. Amma o, mükafat almaq əvəzinə təhqir olunaraq işindən uzaqlaşdırılıb. Mən və həmfikirlərim bu halla razı deyilik. Biz Polad Bülbüloğlunun vəzifəsindən azad olunmasını tələb edirik. Bu, Polad Bülbüloğlu ilə bağlı ilk narazılıq deyil. Bildiyimiz kimi Ümumrusiya Azərbaycanlıları Konqresi hazırda formal bir təşkilata çevrilib. Bu haqda həttə Mixail Qusman da ÜAK-nin tədbirində çıxış edərkən bildirmişdi. Qeyd edək ki, həmin tədbirdə Rusiyanın heç bir dövlət rəsmisi iştirak etmirdi. Buradan da ÜAK-nin real çəkisini müəyyən etmək olur. Heç kimə sir deyil ki, ÜAK-si birbaşa Polad Bülbüloğlunun nəzarəti altındadır. Bütün uğursuzluqlara görə, təbii ki, o cavadehlik daşıyır. Konqres heç bir kütləvi tədbirlər təşkil etmir. Mətbuat sahəsində də çox zəifdir. Regional şöbələr tamamən yaddan çıxıb. Pis vəziyyətdə qalmış insanlar xəyalq qırıqlığına uğrayıblar. Səfirlikdən heç bir kömək ala bilmirlər. Problemlərin yaranmasının və həll olunmamasının əsas səbəbkarı Polad Bülbüloğludur. Onun diasporalar yanındakı nüfuzu sıfıra bərabərdir. Onun rəhbərliyi altında gələcəkdə hər-hansısa uğurlu iş təşkil etmək mümkün deyil.
Hörmətli cənab prezident, biz Sizdən xahiş edirik:
1 Jurnalist Anar Həsənovun təqib olunmasına son verilsin və o, öz işinə bərpa olunsun.
2 Göstərdiyiniz etimadı itirdiyinə görə Polad Bülbüloğlu Azərbaycanın Rusiya Federasiyasındakı səfiri vəzifəsindən azad olunsun.

Şərhlər

XƏBƏR LENTİ