SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncəlilərin halı Elmar Vəliyevi maraqlandırmır - ŞİKAYƏT

Gəncəlilərin halı Elmar Vəliyevi maraqlandırmır - ŞİKAYƏT

Tarix:

23-06-2017, 15:02

/ 169 240 dəfə oxundu.
Gəncəlilərin halı Elmar Vəliyevi maraqlandırmır - ŞİKAYƏT

«Dolu pəncərələrimizi, dam örtüyümüzü sınıq-sınıq edib, evləri qəzalı vəziyyətə salıb, kənd təsərrüfatımız tamamilə məhv olub. Məhəllədəki maşınlar əzik-əzikdir. 3 gündür ev-eşiyimizdən didərgin düşmüşük». Bunu Gəncənin Hacıkənd qəsəbəsinin sakini Damət Şükürov deyir.

İyunun 20-də qəsəbəyə yağan leysanı dolu əvəzləyib. Güclü dolu qəsəbədəki 100-dən çox evə və qəsəbənin infrastrukturuna ciddi ziyan vurub. Sakinlər hələ də ev-eşiklərinə dönə bilmədiklərini qeyd edirlər. D.Şükürovun şikayəti zərərin aradan qaldırılmamasındandır: «3 gün keçib, gəlib baxıb gediblər, ancaq hələ heç bir iş görülməyib. Gözləyirlər ki, adamlar özləri qollarını çırmalasın. Adamlarda da pul yoxdur. İşi, gücü olmayan sadə kəndli bu boyda təbii fəlakətin vurduğu zərərin qarşısında dayana bilməz. Səsimizin rəsmi qurumlara çatdırılmasını istəyirik. İcra hakimiyyətinə getdim, dedilər ki, get otur evində, başçı özü məsələylə məşğuldur. Hansı evimdə oturum? Evim suyla dolub, 8-nəfərlik ailəylə küçədə qalmışam».

Qəsəbə sakini Günel Zeynalova da eyni durumdan şikayətçidir: «İki azyaşlı uşaqla qohum evinə gəldim. Yoldaşım həbsdədir. Evin dam örtüyündə o qədər deşik açılıb ki, örtük demək olar ki, tamamilə yoxdur. Şüşələr qırıq-qırıqdır, həyətdəki meyvə ağacları məhv olub. Meyvəsini yığıb, satıb uşaqları dolandırırdım. Xahiş edirəm, bir çarə etsinlər, evimizə yığışaq».

Qeyd edək ki, təkcə iyun ayı ərazində Gəncə, Qazax, Ağstafa, Daşkəsən və Göygöl rayonlarına yağan güclü yağış və dolu şəxsi evlərə, sosial obyektlərə, kənd təsərrüfatına, infrastruktura xeyli zərər vurub.

Şərhlər

XƏBƏR LENTİ