Prezident İlham Əliyev Səbailin icra başçısı Eldar Əzizovla bağlı sərəncam verib.
Sərəncamda qeyd olunur:
"Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Eldar Əziz oğlu Əzizov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".
Qeyd edək ki, iyunun 28-i Eldar Əzizovun 60 yaşı olacaq.