SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əhəd Abıyevin Gürcüstan sevgisi

Əhəd Abıyevin Gürcüstan sevgisi

Tarix:

22-06-2017, 12:35

/ 55 695 dəfə oxundu.
Əhəd Abıyevin Gürcüstan sevgisi

Son illər Azərbaycanda turizmin inkişafı ilə bağlı mühüm addımlar atılır və bu işlər bir-başa prezident İlham Əliyevin nəzarətindədir

Prezident dəfələrlə bəyan edib ki, qeyri-neft sektoru inkişaf etdiriləməlidir və bu sahə də turizm ən perespektivli sahələrdən biridir.

Bununla bağlı artıq bir ildir ki, az qala dövlət səviyyəsində təbliğat qurulub, yeni əlverişli imkanlar yaradılıb. Amma deyəsən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev bu qədər görülən işləri gülünc duruma salıb.

Belə ki, daxil olan məlumata görə Əhəd Abıyev bu günlər də istirahət üçün Azərbaycanı yox Gürcüstanı seçib. Bir neçə gün Gürcüstanda istirahət edən Əhəd Abıyevə yaxın çevrəsindən bildiriblər ki, onun bu addımı yuxarılarda xoş qarşılanmayacaq. Əhəd Abıyevin isə cavabı qısa olub:”Kim nə deyir desin. 100 dollara Gürcüstanda eninə-uzununa istirahət etmək olur. Mənim o qədər pulum yoxdu ki, aparıb Qəbələ də, İsmayıllıda xərcləyim”.

Əhəd Abıyevin bu addımı isə pis nümunə kimi qəbul olunub və bu günə qədər qurulan təbliğata mənfi təsir edib. Hətta bir müddət öncə əksər icra başçılarına tapşırıq da verilibmiş ki, istirahətlərini Azərbaycanda keçirtməklə ətrafa nümunə olsunlar. Amma bunların Əhəd Abıyevə heç bir dəxli olmayıb.

10may.az

Şərhlər

XƏBƏR LENTİ