SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Həştərxan vilayətində Leyla Əliyevanın adından iftar süfrəsi açıldı-FOTO

Həştərxan vilayətində Leyla Əliyevanın adından iftar süfrəsi açıldı-FOTO

Tarix:

20-06-2017, 12:05

/ 59 154 dəfə oxundu.
Həştərxan vilayətində Leyla Əliyevanın adından iftar süfrəsi açıldı-FOTO

Rusiya Federasiyasının Həştərxan şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından 300 nəfərin iştirak etdiyi iftar süfrəsi açılıb.

Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyev, Azərbaycan Diaspora rəhbəri Ə.Hüseynov, Həştərxan vilayəti Qubernatorunun müşaviri İ.Mirişov, Azərbaycan diasporunun nümayəndələri, Ümumrusiya Azərbaycanlılarının Gənclər Təşkilatının (AMOR) üzvləri, digər rəsmilər və müxtəlif müsəlman icmalarının təmsilçiləri iştirak etdiyi iftarda Müqəddəs Qurani-Kərimdən surə və iftar duası oxunub.

Tədbirdə Denis Afanasyev və Ədalət Hüseynov iftar süfrəsini təşkil edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya xüsusi minnətdarlıq bildiriblər.

Xatırladaq ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi hər il müsəlman icma nümayəndələru üçün iftar süfrəsi açır.
Həştərxan vilayətində Leyla Əliyevanın adından iftar süfrəsi açıldı-FOTO
Həştərxan vilayətində Leyla Əliyevanın adından iftar süfrəsi açıldı-FOTO
Həştərxan vilayətində Leyla Əliyevanın adından iftar süfrəsi açıldı-FOTO

Şərhlər

XƏBƏR LENTİ