yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Cənab Prezident,Vergilər Nazirliyi 11 saylı ərazi vergi idarəsinin öhdəsindən gələ bilmir,bizə kömək edin

Cənab Prezident,Vergilər Nazirliyi 11 saylı ərazi vergi idarəsinin öhdəsindən gələ bilmir,bizə kömək edin
19-06-2017, 11:51 57 668 dəfə baxılıb
yüklənir...

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ƏSASINI QOYDUĞU KƏND TƏSƏRÜFATI İXRACINA 11 saylı ərazi vergi dairəsinin bəzi vergi məmurlarının (Zaur Adilov, Əliyev Nüsrət Həsioğlu, Vəliyev Nofəl Fazil oğlu ) VURDUĞU ZƏRBƏ
Cənab Prezident! Mən və mənim kimi bir sıra sahibkarlar Kənd Təsərufat məhsullarının istehsal edən vətəndaşların məhsullarını Rusiya və digər ölkələrin bazarlarına çıxarılmasına xidmət göstəririk. Göstərdiyimiz xidmət Ulu Öndər Mərhum Heydər Əliyevin Dövlətimizin başcısı seçiləndən bəri kənd təsərüfatının ixracı və inkişafı üçün gördüyü tədbirlər əsasında yaradılmışdır.Yəni, ölkə ərazisində kənt təsərüfatını istehsal edən vətəndaşlar bizim kimi sahibkarların vasitəsiçiliyi ilə öz məhsullarını Rusiya və digər ölkələrin bazarlarına ixrac etməyə nail olumuşlar.20 ildən artıq bir müddətdə Ulu Öndərin yaratdığı bu cür qayda əsasında vətəndaşlar öz istehsal etdiyi kənt təsərüfatı məhsullarını rahat şəkildə xarici bazarlara ixrac edə bilirdilər, və ölkəmiz bunun əvəzində kənt təsərüfat iqtisadiyyatını dahada inkişaf etdirdi. Lakin, 2014 cü ildən başlayaraq 11 saylı vergi ərazi idarəsi kənt təsərüfatı və fındıqçılığın ixracı ilə məşğul olan sahibkarlara elə bir ağlasığmaz vergilər hesablamağa başladılarki hesablanan vergilər nəticəsində 15 dən yuxarı sahibkar böyük məbləğdə vergi yükü altında ya sahibkarlıq fəaliyyətini dayandırmış ya istintaq və məhkəmələrə ordan isə həbsxanalara düşür. Cənab Prezident vergi məmurlarına verdiyimiz izahatlarda açıq aşgar fəaliyətimizin nədən ibarət olduğunu göstərsəkdə, biz sahibkarların fəaliyyət göstərdiyimiz yerlərə baxış keçirməmişlər, köhnə qaydada analoji vergi hesablamışlar.Çünki, fəaliyyət göstərdiyimiz ərazilərə baxış keçirdsələr anlayacaqlar ki, ixrac olunan məhsulların sahibləri istehsal edən vətəndaşlardır.Fəaliyyət göstərdiyimiz yerlər dedik də Xaçmaz rayonunun Çərxi,Ləzzət adlanan ərazilərdə ki yük platformalarıdır.Gətirilən kənd təsərufat məhsulları bu platformalardan yuk qatarların, yük maşınlarına yüklənərək istehsal edən vətəndaşlar bizim vasitəmiz ilə Rusiya və digər ölkələrin bazarlarına çıxarılır.Gömrük qaydalarına uyğun olaraq biz sahibkarlar Rusiya ərazisində bəzi şirkətlərlə müqavilə bağladığımızdan məhsulların istehsal edən şəxslərin isdəyinə uyğun olaraq istədikləri yerlərə çatdırılmasına xidmət göstəririk.Məhsul sahiblərinin Rusiya ərazisində müqavilələri olmadığından məhsulları bizlər öz adımızdan sənədləşdirib xidmət göstəririk. Bizdə fəaliyyətimiz uyğun olaraq qanuni şəkildə vergilərimizi ödəmək isdəyirik. Gömrük idarəsinin bizdən tələb ettikləri sənədlər tərtib edib məhsulları ixrac edirik.Lakin bir muddəttən sonra vergi nazirliyindən analoji vergilər hesablanır ki, bu vergilər nəticəsində də,həm fəaliyyətimiz iflasa uğrayır, həm vergi borcu nəticəsində istintaqlara, məhkəmələrə, həbsxanalara düşürük.Nəticədə də dövlət büdcəsinə vergi ödənmir.Bir sahibkar olaraq bizdə vergilərimizi ödəmək istəyirik.Lakin fəaliyyətimiz çərçivəsində Sizdən vergi məmurlarından ibarət bir qrup düzəldib bizim ilə bərabər bu problemi gömrükdə həll olunmasını və bizim yük platformalarında məhsulların daşınması zamanı fəaliyyətimizə uyğun vergi tutulmasına köməklik göstərəsiniz.Dəfələrlə vergi məmurlarına bu barədə kömək üçün müraciyyət etsək də “biz gömrüyün işinə qarışmırıq” cavabını almışıq. Cənab Prezident vergi və gömrük məmurları sahibkarlarla bərabər bu nöqsanlar aradan qaldırılmasa, sonuna qədərdə bizim fəaliyyətə analoji vergilər hesablanacaq, heç bir nəticə əldə olunmayacaq. 11 saylı ərazi vergi idarəsində bəzi vergi məmurları Ulu Öndər Heydər Əliyevin Sahibkarlar üçün yaratdığı bu şəraitə və ölkə iqtisadiyatının dirçəlməsinə kölgə salan, vəzifələrindən sui istifadə etməsi, Azərbaycanın Kənt təsərüfatının ixracına və bu yöndə sahibkarlığın məhv edilməsinə “çalışmaqdan”başqa bir şey deyil. Cənab Prezident Ulu Öndərin davamçısı kimi Sizində kənt təsərüfatının ixracı ilə bağlıdəfələrlə çıxışlarınız, sərəncamlarınız, ixracın təşviqi üçün gördüyünüz tədbirlər bütün sahibkarlara fəaliyyətlərində ruh yüksəkliyi vermişdi.Ulu öndərin zamanından əsası qoyulan kənd təsərüfatının bu cür
ixracı Sizin zamanınızdada dəsdəkləndiyi ixracın inkişafdan dayanmamasına böyük bir dəsdəkdir. Cənab Prezident sizin bu zaman ərzində qeyri neft sektoruna bu cürə önəm verdiyiniz bir zamanda 11 saylı ərazi vergi idarəsinin bəzi məmurları sahibkarları külli miqdarda borclarla ya fəaliyyətini dayandırmaqla yaxuda həbsxanalara atmaqla sanki Ulu öndərin və Sizin siyasətinizə qarşı kölgə salaraq hansı çirkin niyətdə olduqları bəlli olur. Ölkəmizin iqtisadiyatını bu cür məmurların əlindən qurtarın. Bəzən bizə elə gəlirki kənd təsərufatı ixracı ilə bağlı hesablanan bu analoji vergilər nəticəsində külli miqdarda pul vəsaiti dövlət bücəsindən mənimsənilir və bizim kimi sahibkarların həbsə atılmalarıilə onların üzərində qalır, yəni vergi yığımında büdcədəki əskiklik həbsdə olan , məhkəmədə olan bizim kimi sahibkarların “borcu” kimi göstərilir Kameral vergi yoxlamasından bizə göndərilən cavabda öz izahatlarıımızı verdiyimiz halda yenedə bir mənalı şəkildə məsələyə obiyektiv qiymət verilməyib. Yalnış Kameral vergi yoxlamalarına görə bir sıra kənd təsərufatı ixrac edən sahibkarlara ölkədən çıxmaq qadağasıda tətbiq edilib, buda Cənab Prezident sizin kənd təsərufatına verdiyiniz qiymətə,göstərdiyiniz qayğıya birmənalı şəkildə Xəyanətdir. Cənab Preziden! Sizdən artıq dərəcədə xahiş edirəm bu məsələnin aradan qaldırılması üçün ciddi tapşırıqlarınızı verəsiniz, çünki nə qədər müraciət ünvanlasaqda Vergi Nazirliyi 11 saylı ərazi vergi idarəsinin öhdəsindən gələ bilmir, kənd təsərufatı ixrac edən sahibkarların məsələsinə məsuliyyətsiz yanaşaraq araşdırma aparmır. Cənab Prezident Mən və Hüseynov Nəsimi Tofiq oğlu bir sahibkar kimi şahidi olduğumuz 11 saylı ərazi vergi idarəsinin bəzi öz başına vergi məmurlarının sahibkarlara qarşı etdiyi haqsızlıqdan qorxaraq artq sahibkarlıq fəaliyyətimi dayandırmışıq.

Əvvəlcədən sizə təşəkkürümüzü bildiririk.

Zərərə uğrayan Bərdə rayon Sahibkarları

1. Hüseynov Nəsimi Tofiq 050-634- 43-70 (Sahibkarlıq fəaliyyətini dayadırıb)

2. Əsədov Aqil Adil (I qrup Qarabağ Əlili. 2 milyon 55 min vergi borcu ilə Həbsdədir )

3. Ağalarov Emin Cəmil (500 mində yuxarı vergi borcu ilə Həbsdədir)

4. Vəliyev Ramin Hüseyn (157 min vergi borcu ilə Həbsdədir)

5. Abbasov Şəfail Hüseyn ( İşi məhkəmədədir) 051-647- 04-07

6. Əzimov Səxavət Bəxdiyar ( İşi məhkəmədədir)

7. Hidayətov Zöhrab Raqub (Məhkəmədə vergi borcu 844 min) 051-379- 89-69

8. Byaramov Fərrux Teymur (Məhkəmədə 700 min)050-671- 82-81

9. Xəlilov Akif Vahid (Məhkəmədə 457 min) 050-346- 81-51

10. Hidayətov Yaqub Raqub 051-394- 44-47

11. Süleymanov Razi Ravi ( fındıq ixracı ) 147 min 050-604- 89-89

12. Temirov Seymur Dağısdan (fındıq ixracı 206 min) 055-555- 56-97 və başqaları...


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: erazi, 11, sayli, Nazirliyi, komek, ohdesinden, idaresinin, vergi, edin, PrezidentVergiler, gele, bilmirbize, Cenab
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ