SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Baxdı, dedi nərdivan qırıla bilər, yıxılaram" - "Soliton"un işçisindən əcaib bəhanə

"Baxdı, dedi nərdivan qırıla bilər, yıxılaram" - "Soliton"un işçisindən əcaib bəhanə

Tarix:

19-06-2017, 10:53

/ 58 615 dəfə oxundu.
"Baxdı, dedi nərdivan qırıla bilər, yıxılaram" - "Soliton"un işçisindən əcaib bəhanə

Mağazalar verdikləri vədləri bəzən yerinə yetirməkdən boyun qaçırır.

Tanınmış jurnalist Ələsgər Süleymanov məişət texnikası və elektronika məhsullarının satışı ilə məşğul olan "Soliton" mağazalar şəbəkəsi haqqında tənqidi fikir səsləndirib. O, mağazanın məhsullar üçün verdiyi zəmanətindən və texniki xidmətindən şikayət edib:

"Keçən il yayda "Soliton" mağazasından kreditlə kondinsioner götürmüşəm. Ötən yay 1,5 ay işləyib. Qışı boş yatıb, bu il havalar qızanda isə kondisioneri işə saldıqda soyutmadı. Qarantiyası olduğu üçün bir həftə əvvəl mağazanın texniki servisinə zəng vurdum. Mənə usta göndərəcəklərini dedilər. Gəldi, dedi ikinci mərtəbədi, ora çıxa bilmərəm. Hansı ki, elə pəncərədən də çıxıb ona baxa bilərdi. Daha sonra onun üçün 6 metrlik nərdivan düzəltdirdim. Üç dəfə zəng elədim, gah yağış yağır, gah başqa işlər var dedi. Nəhayət ki, bu gün gəldi. Baxdı, dedi nərdivan qırıla bilər, yıxılaram. Nərdivan 7'5x5 taxtadan düzəldilib. Anlaşılan odur ki, mağaza satdıqları mala verdikləri zəmanətə sahib çıxmaq istəmir. Zəmanət də bu ayın 25-də bitir. İlin günün bu vaxtında müştərisi ilə belə rəftar edən şirkətdən mən bir daha nəsə alaram? Mən əsla, Siz özünüz bilərsiz".

Şərhlər

XƏBƏR LENTİ