SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Məhkəmə hakimindən nazirə şikayət olundu - MƏTN

Məhkəmə hakimindən nazirə şikayət olundu - MƏTN

Tarix:

19-06-2017, 09:44

/ 59 578 dəfə oxundu.
Məhkəmə hakimindən nazirə şikayət olundu - MƏTN

Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri cənab Fikrət Məmmədova

Hörmətli Sədr,

Azərbaycanda kütləvi informasiya vasitələrinin azad, müstəqil şəkildə fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb. İnternet və sosial şəbəkələr üzərində hər hansı inzibati nəzarət yoxdur və bu da medianın müstəqilliyinin vacib bir göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəqil mətbuata diqqət və qayğısını nəzərə alaraq bir müddət əvvəl “365info.az” saytını təsis edərək fəaliyyətə başlamışam.
Fəaliyyət göstəridiyimiz müddətdə heç bir siyasi partiyanın, beynəlxalq donor təşkilatların ruporu olmamışıq.
Bir media orqanı olaraq əsas məqsədimiz vətəndaşların sosial problemlərinin həllinə yardım etmək, zərurət yarandıqda problemləri ictimailəşdirməklə müvafiq dövlət qurumlarının nəzərinə çatdırmaq və həllinə nail olmaqdır.
Rəhbərlik etdiyim saytda dərc olunan bir məqalə ilə bağlı bu gün, yəni 17 iyun 2017-ci il tarixdə mənim ünvanıma Binəqədi rayon məhkəməsinin hakimi Mirheydər Zeynalovun imzası ilə “MƏHKƏMƏ BİLDİRŞİ” məktubu daxil olmuşdur. Orada qeyd olunur ki: “İş üzrə məhkəmə hazırlıq iclası 15 iyun 2017-ci il tarixə, saat 11:00-a təyin olunmuşdur”.

Cənab nazir!

15 iyun Azərbaycan xalqının milli qurtuluş günü kimi 1997-ci ildən Azərbaycan Respublikasında rəsmi bayram elan edilib və 1998-ci ildən dövlət statusu verilmişdir. O vaxtdan Ümumilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir və bir neçə ildir ki, xalq bu günü Heydər Əliyevin məzarını da ziyarət etməklə anır. Hökumətin qərarı ilə bu gün bayram günü olduğu üçün qeyri-iş günü elan edilmişdir.
Görəsən, Binəqədi rayon məhkəməsinin hakimi Mirheydər Zeynalov bunu niyə bilmir..?
Qeyri-iş günündə o, məhkəmə hazırlıq iclasını necə keçirib..?
Mən məhkəmənin bildirişini rəsmi olaraq 17 iyun tarixdə alımışamsa, 15 iyunda məhkəmə iclasında necə iştirak edə bilərdim..?
Axı qanunla bildiriş iclasa 10 gün qalmış mənə çatdırılmalı idi.
Onu da qeyd edirəmki, hakim Mirheydər Zeynalovun mənə göndərdiyi nömrəsiz və tarixsiz məktub “BİLDİRİŞ”-dən daha çox İTTİHAM AKTI-na oxşayır.
Digər tərəfdən “BİLDİRİŞ” çox savadsız və anlaşılmaz tərtib olunmuşdur. Bildirişdən bircə cümləni nəzərinizə çatdırmaq istəyirəm:
“North Vest Konstrakşn şirkətinin icraçı direktoru olaraq onu “İbrahim Manaflıya özünü “Bəylər müəllimin (red.: Azərbaycan Respublikasının Prezidentinin şəxsi Mühafizə xidmətinin rəhbəri) kimi təqdim etmişdir”.

Hörmətli Məhkəmə-Hüquq Şurasının sədri!

Hətta adi ibtidai təhsili olan şəxs də belə kobud səhv eləməz. Məhkəmə hakiminin yazdığı cümlədən heç nə anlamaq olmur. Bundan başqa, məqalədə adı göstərilən “Bəylər” adlı şəxsin məhz “Azərbaycan Respublikasının Prezidentinin şəxsi Mühafizə xidmətinin rəhbəri” olduğunu hakim Mirheydər Zeynalov necə müəyyən etmişdir..? Yəni bu onun özünə lazım olduğu üçün bu qərara gəlmişdir..?
Bütün bunlar mənə əsas verir ki, hakim Mirheydər Zeynalovun baxacağı işə qeyri-obyektiv mövqedədir və kiminsə sifarişi ilə mənim barəmdə qərəzli qərar çıxartmağa hazırdır. Daha doğrusu o, artıq “öz hökmünü” vermişdir. Məhkəmə BİLDİRİŞ-indəki daha maraqlı məqamları mətbuat vasitəsi ilə bəyan edəcəm.

Hörmətli Məhkəmə-Hüquq Şurasının sədri,

Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun öz işində qanusuz hərəkətlərə yol verdiyi üçün onun həmin işdən kənarlaşdırılmasını və barəsində tədbir görülməsini Sizdən xahiş edirəm.

Hörmətlə,

“365info.az” saytının baş redaktoru Anar Asim oğlu Qasımov
Məhkəmə hakimindən nazirə şikayət olundu - MƏTN
Məhkəmə hakimindən nazirə şikayət olundu - MƏTN

Şərhlər

XƏBƏR LENTİ