yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Deputatlıqdan ləzzət alan Hacı Madəri seçicilər niyə tanımır? - Video

Deputatlıqdan ləzzət alan Hacı Madəri seçicilər niyə tanımır? - Video
19-06-2017, 00:23 49 504 dəfə baxılıb

10 saylı Binəqədi seçki dairəsinin seçiciləri deputatlarını tanımır; Onların sözlərinə görə, Hacı Madər Musayevin üzünə görməyiblər
Məlumata görə, bu barədə keçirilən sorğunun nəticələri belə deyir.
Hacı Madər nə seçiciləri ilə görüşür, nə problemləri ilə maraqlanır. Seçicilər deyirlər ki, əraziyə millət vəkili gəlsə, onu tanımazlar. Bolge TV-nin hazırladığı reportajda M.Musayevin adını bəzi seçicilər sadəcə eşitdiklərini bildiriblər.
Amma onunla görüşüb problemlərini demək fürsəti olmayıb. Hacı Madərin isə deputat kimi seçicilərdən niyə qaçmasının səbəbi isə vaxtının azlığı ilə əlaqədardır. Çünki deputat gecə-gündüz biznesi ilə məşğul olur, problemlərini həll edir, hesab-kitab aparır.
Məlumata görə, onu parlamentin ən passiv deputatı hesab etmək olar. Hacı Madər Milli Məclisin iclaslarında da mütəmadi iştirak etmir. Ona növbətçi deputat da söyləmək mümkündür.
Çünki Binəqədinin millət vəkili Milli Məclisin iclaslarında darıxır. Ona parlamentdə gedən müzakirələr maraqlı gəlmir.
O baxımdan sessiyalarda, iclaslarda gedən qızğın polemikalar, qanun layihələrinin müzakirəsinə qatılmır. M.Musayevin belə olmasını həmkarları da qəbul ediblər. Hacı Madər "ağzına su alıb oturan” deputatların siyahısında başda gedir.
Hacı Madərin biznes imkanlarının geniş olması onu başqa məsələlərə vaxt ayırmağa qoymur. Bu da parlament rəhbərliyinə və ölkə prezidentinə, ümumilikdə xalqa qarşı biganəlik, saymazlıqdır.
Məlumatlara görə, Madər Musayevə məxsus marketlər şəbəkəsi 2013-cü ilin avqustundan fəaliyyətə başlayıb. Sözügedən marketlər şəbəkəsi M.Musayevə məxsusdur.
Sadəcə, yaxın adamlarının adına sənədləşdirilib. Bir zamanlar Hacı Madər demişdi ki, deputatlıqdan həzz alır. Amma görünür ki, parlamentdə çox sıxılır. Hətta çıxış vaxtını həmkarlarına bəxşiş edir.
Qeyd edək ki, Madər Musayev "Favorit" marketlər şəbəkəsinin rəhbəridir. Seçicilər də M. Musayevin deputat fəaliyyətindən narazıdır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: alan, Haci, , lezzet, tanimir, niye, Maderi, sechiciler, Deputatliqdan, Video
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

12-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ