SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Zaur Hüseynovun “Yaşıl Məkan” restoranından şikayət var

Zaur Hüseynovun “Yaşıl Məkan” restoranından şikayət var

Tarix:

14-06-2017, 10:50

/ 65 418 dəfə oxundu.
Zaur Hüseynovun “Yaşıl Məkan” restoranından şikayət var

Yasamal rayonu ərazisində yerləşən “Yaşıl Məkan” restoranının fəaliyyəti ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.
Bu barədə müraciət edən sakinlər bildirir ki, yaşayış binalarının yaxınlığında inşa edilən restorandakı hay-küy onların rahatlığıbı pozub:
“Artıq neçə müddətdir ki, evimizdə rahat otura bilmirik. Bir də görürsən restoranın müştərilərindən kimsə sərxoş halda ucadan küçə söyüşləri söyür. Yaxud da restoranda musiqinin səsi gücləndirilir. Adama elə gəlir ki, çal-çağır elə evin içindədir. Dəfələrlə müvafiq qurumlara şikayət etmişik. Lakin tədbir görən yoxdur. Eşitmişik ki, restoran hansısa yüksək vəzifəli şəxsindir. Lakin dəqiq bilmirik ki, kimindir”.
Məlumatda iddia edilir ki, restoranın sahibi Bakı Metropoliteninin rəisi Zaur Hüseynovdur. Lakin o da ola bilər ki, kimlərsə Zaur Hüseynovun adından istifadə edir.
Məsələ ilə bağlı Bakı Metropoliteninin rəisindən mövqe öyrənməyə çalışsaq da, mümkün olmayıb.

infoAZ.org
Zaur Hüseynovun “Yaşıl Məkan” restoranından şikayət var
Zaur Hüseynovun “Yaşıl Məkan” restoranından şikayət var

Şərhlər

XƏBƏR LENTİ