yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Xoşqədəm izləyicilərinə qarğış etdi

Xoşqədəm izləyicilərinə qarğış etdi
13-06-2017, 14:13 81 177 dəfə baxılıb

Aparıcı Xoşqədəm Hidayətqızı “Instagram”ın canlı yayım xidmətindən istifadə edib.

Teleaparıcı əvvəlcə öz fəaliyyətindən söz açıb. X.Hidayətqızı Azərbaycanda nömrə bir aparıcı olduğunu deyib: “Nömrə bir kanalda çalışıram. Nömrə bir aparıcıyam. Verilişim də bir nömrədir”.

Səhər-səhər izləyicilərinə pozitiv enerji ötürmək üçün canlı yayıma bağlandığnı deyən aparıcı daha sonra izləyiciləri ilə dalaşmağa başlayıb. Ona qarğış edən izləyicilərinin ünvanına təhqirlər səsləndirib: “Nurlan, Ruslan və Sevda, İnquşetiyada olanların dərd-səri, ağrısı, xəstəliyi varsa, sizin ürəyinizə olsun. Adama “öz dilində” cavab vermək gözəldir? Nə edim, bəzi insanlar var ki, onlar “mənim dilimdə” yox, “öz dillərində” başa düşürlər. Onları sözlə “vurmaq” lazımdır ki, ağılları başlarına gəlsin. Məni sevənlərin də ağrı-acısı onlara getsin. Niyə sülənirsiniz səhifəmdə? Səni göndərdim Sumqayıtda olan itlərin yanına.

Canlı yayımı dualarımla açdım. Amma bir səviyyəsiz, ana, qız, bacı bilməyən biri qarğış yazdı. Mən də dediklərini ona qaytardım. Hamıya da məsləhət görürəm ki, səviyyəsizə “öz dilində” cavab verin. Allah pis insanların qarşısına qəlbindəkini çıxarsın. Orucluyam, İnşallah, dualarım qəbul olar. Heç kimin qarşısından qaçmayın, hüquqlarınızı bilin. Əvvəl belə deyildim, amma indi fikirləşirəm ki, belə etmək lazımdır. Kimin haqqı var qarğış edib, təhqir etsin? Onun səviyyəsinə düşmürəm, onu yerində otuzdururam”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: qargish, etdi, Xoshqedem, izleyicilerine
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ