SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Tanınmış şəxsin nəvəsinin şok təsviri yayıldı

Tanınmış şəxsin nəvəsinin şok təsviri yayıldı

Tarix:

13-06-2017, 13:07

/ 82 508 dəfə oxundu.
Tanınmış şəxsin nəvəsinin şok təsviri yayıldı

Bakıda avtoxuliqanlıq edən sürücünün videosu sosial şəbəkələrdə yayılıb

99 GG 111 dövlət nömrə nişanlı, “Niva” markalı avtomobilin sürücü Füzuli küçəsində “avtoş”luq edib. Sürücü əvvəlcə başqa bir avtomobilə yaxınlaşaraq pəncərədən sürücüyə nəsə deyir. Çox güman ki, həmin sürücünü də “avtoş”luq etməyə dəvət edir. Lakin “yox” cavabı aldığı üçün həmin avtomobilin qarşısına keçərək sağ-sol manevrləri edir və “Niva”nı ikitəkər qaldırır. Bu əməli bir neçə dəfə təkrar edən sürücü keçmiş “beşmərtəbə” dairəsindən sağa döndükdən sonra da ikitəkər qaldıraraq yoluna davam edir.

Son günlər avtoxuliqan adıyla tutulan sürücülərin sayı artır və əksər sürücülər də “avtoş” olmadığını və yalnız sağdan ötdüyünü, sürət həddini aşdığını iddia edir. Əslində isə qanunvericilikdə avtoxuliqanlıq əməlinin izahı tam aydın şəkildə verilib. Üstəlik, bu videoya da baxmaq kifayət edər ki, əsl “avtoş”un necə olduğu barədə fikir formalaşsın.

İnzibati Xətalar Məcəlləsi. Maddə 511. Avtoxuliqanlıq

511.1. Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə -

nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

511.2. Eyni hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

avtosfer.az

Şərhlər

XƏBƏR LENTİ