SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İşləyən köçkünlərə müavinət düşmür, deputat isə fərmanı başaşağı oxuyub - Kuryoz

İşləyən köçkünlərə müavinət düşmür, deputat isə fərmanı başaşağı oxuyub - Kuryoz

Tarix:

25-01-2017, 00:03

/ 1 861 dəfə oxundu.
İşləyən köçkünlərə müavinət düşmür, deputat isə fərmanı başaşağı oxuyub - Kuryoz

Məcburi köçkünlər üçün müəyyən edilən vahid müavinət yalnız işsizlərə şamil olunacaq. Artıq icra hakimiyyətlərinə tapşırıq verilib.

Deputat Fuad Muradov isə prezidentin fərmanını başıaşağı oxuduğu üçün əks formada şərh edib.

Gənc millət vəkilinin sözlərinə görə, onların işıq, qaz, su kimi kommunal xidmət xərclərini ödəyə bilməsi üçün kifayət qədər normal məbləğdir: “Artıq uzun illərdir ki, qaçqın və məcburi köçkünlər məskunlaşdığı yerlərə uyğunlaşıblar.

Nəzərə alsaq ki, onların böyük əksəriyyəti işləyir, konkret ödənişli məşğuliyyətləri var, o zaman prezidentin belə bir fərman verməsi onlara qarşı böyük bir diqqətdir”.

Deputatın bu fikirlərinə heyrətlənməmək mümkün deyil. F.Muradov ya fərmanla tanış olmayıb, ya da səthi oxuyaraq məsələyə şərh verib. Millət vəkili bixəbərdir ki, müavinətlər işləyənlərə şamil edilmir.

O isə çıxışında qeyd edir ki, köçkünlərin böyük əksəriyyəti işləyir, konkret ödənişli məşğuliyyətləri var, o zaman prezidentin belə bir fərman verməsi onlara qarşı böyük bir diqqətdir.

F.Muradov işləyənlərin müavinətdən məhrum edildiyini fikirləşmədən belə bir açıqlama verib.

Parlamentarinin fərmanla yaxından tanış olmadan şərh verməsi cəmiyyətin apolitik, yəni siyasiləşməmiş zümrəsinə şükür etdirir.

Cəmiyyətin bütün təbəqələri bilir ki, müavinətlər işləyən köçkünlərə düşmür, bircə gənc deputatdan başqa. İşləyən köçkün müavinət almayacaqsa, bunun harası onlara diqqət oldu?

Ən azından siyasi don geyindirib demək olardı ki, köçkünlərin əksəriyyəti işsiz deyil, onların müavinətə ehtiyacı yoxdur, aztəminatlı köçkünlərin isə müavinəti ödəniləcək.

Qeyd edək ki, prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.

Bundan əlavə, Dövlət Neft Şirkəti, "Azərişıq" və "Azərsu" Açıq Səhmdar Cəmiyyətlərinə tapşırılıb ki, məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etsin.

Şərhlər

XƏBƏR LENTİ