SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İşdən çıxan qadın məmur qızı haqda ilginc fakt (FOTOLAR)

İşdən çıxan qadın məmur qızı haqda ilginc fakt (FOTOLAR)

Tarix:

2-06-2017, 14:41

/ 277 036 dəfə oxundu.
İşdən çıxan qadın məmur qızı haqda ilginc fakt (FOTOLAR)

Prezident Administrasiyasının humanitar məsələlər üzrə şöbə müdiri vəzifəsindən azad edilən Fatma Abdullazadənin qızı haqda maraqlı məlumatlar var.
Sabiq xanım məmurun övladı Məryəm Ələkbərli Fransada tanınmış rəssamdır. M. Ələkbərli 1991-ci il təvəllüdlüdür. O, Fransanın Şarpantye Akademiyasında Tətbiqi Sənət üzrə Ali Məktəbdə təhsil alıb. Məryəm YUNESKO Beynəlxalq Rəssamlar İttifaqının üzvüdür. Onun Azərbaycan, Almaniya, Fransa, Rusiya, Türkiyə və YUNESKO-da fərdi sərgiləri keçirilib.
Hətta onun Parisdə Luvr muzeyində fərdi sərgisi keçirilib. Feysbuk istifadəçilərindən biri paylaşdığı fotonun tarixçəsi haqda yazıb ki, rəsm "Şarpantyedəki qadının portreti” adlanır.
Onun sözlərinə görə, bu rəsm 5-19 may 2013 tarixlərində Qəbələdə keçirilmiş III Beynəlxalq İncəsənət sərgisində nümayiş etdirilib və mükafata layiq görülüb.
M.Ələkbərli özü həmin sərgidə iştirak etmədiyindən mükafatı rəssam Tahir Salahov irəli keçərək şəxsən özü Bakıya gəlib təqdim edəcəyinə söz verib.
T. Salahov Məryəm Ələkbərliyə Tanrı qüdrətindən fitri istedad verildiyi fikrini irəli sürüb.
Qeyd edək ki, gənc rəssam daun sindromundan əziyyət çəkir.

Bakipost.az
İşdən çıxan qadın məmur qızı haqda ilginc fakt (FOTOLAR)
İşdən çıxan qadın məmur qızı haqda ilginc fakt (FOTOLAR)
İşdən çıxan qadın məmur qızı haqda ilginc fakt (FOTOLAR)
İşdən çıxan qadın məmur qızı haqda ilginc fakt (FOTOLAR)

Şərhlər

XƏBƏR LENTİ