SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Prezidentin qızları və Mədət Quliyevin oğlu bir arada — FOTOLAR

Prezidentin qızları və Mədət Quliyevin oğlu bir arada — FOTOLAR

Tarix:

1-06-2017, 12:12

/ 65 897 dəfə oxundu.
Prezidentin qızları və Mədət Quliyevin oğlu bir arada — FOTOLAR

Tanınmış televiziya aparıcısı Nuran Hüseynovun sosial şəbəkədə paylaşdığı fotolar marağa səbəb olub.
Hüseynov prezident ailəsi ilə fotolarını paylaşıb.
Fotoda Prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyavalar, prezidentin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyev, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevin övladları da yer alıb
Hüseynov Leyla Əliyeva ilə fotosunu bu şərhlə paylaşıb:
"Leyla Əliyevanın titulları çoxdur. O, ictimai xadim, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, "Baku" jurnalının təsisçisi və baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədridir. Lakin mənim fikrimcə, onun başlıca titulu belədir- mərhəmətli və xeyirxah insan. Onun sayəsində neçə neçə insan həyatı xilas olub... Xeyirxah əməllərini saymaqla bitməz. Var olun".

Qeyd edək ki, Nuran Hüseynov həmçinin bir sıra dövlət məmurlarıyla da dostluq edir.
Prezidentin qızları və Mədət Quliyevin oğlu bir arada — FOTOLAR
Prezidentin qızları və Mədət Quliyevin oğlu bir arada — FOTOLAR
Prezidentin qızları və Mədət Quliyevin oğlu bir arada — FOTOLAR
Prezidentin qızları və Mədət Quliyevin oğlu bir arada — FOTOLAR
Prezidentin qızları və Mədət Quliyevin oğlu bir arada — FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ