SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Portağallı saç”, metal manikür, sadə makiyaj- Bu il belə görünün

“Portağallı saç”, metal manikür, sadə makiyaj- Bu il belə görünün

Tarix:

24-01-2017, 14:28

/ 3 207 dəfə oxundu.
“Portağallı saç”, metal manikür, sadə makiyaj- Bu il belə görünün

2017-ci il özü ilə birlikdə yeni gözəllik trendləri də gətirib. Bizi saç rəngindən aksesuarlara, makiyaj üslubundan geyimə kimi bir çox yenilik gözləyir. Ötən illərdən fərqli olaraq bu il özü ilə sadəlik və rəngarənglik gətirib.

xalqxeber.az 2017-ci ilin gözəllik trendlərini təqdim edir:

Qırmızı və narıncı rəngin birləşməsindən ilhamlanan “Blorange” saç rəngi

Qan portağalı adlanan bu rəng daha çox parlaqlığı ilə seçilir. Düz və buruq olmasından asılı olmayaraq hər bir saça yaraşdığı üçün artıq bir çox məşhurun seçimi olub. Bu ilin trend saç düzümlərində isə dəniz dalğası, keçən ildən kütləvi hal alan yarım topuzlar və müxtəlif hörük modelləri var. Belə hesab edilir ki, artıq təbii və saç maşalarından istifadə etmədən hazırlanmış saç modelləri üstünlük təşkil edəcək.

Zər və müxtəlif üsullarla hazırlanmış metal çalarlı manikür

Bu ilin əsas tendlərindən biri də metal rənglərini özündə əks etdirən manikür modelləridir. Ötən ilin sonlarında məşhurlaşan bu trend bu il yeni bir axın yaradacaq. Bu toz dırnaq boyaları digərlərinə nisbətən həm daha asan hazırlanır, həm də daha uzunmüddətlidir.

Sadə makyaj

Son bir neçə ildə öyrəşdiyimiz konturlu və ağır makiyajlar yerini sadə və təbii makiyaja verəcək. Təbiiliyin ön plana çıxacağı 2017-ci ildə çəhrayı, qırmızı və quru gül çalarlarındakı dodaq boyaları üstünlük təşkil edəcək.

Canlı və rəngli geyimlər

Bu ilin rənginin yaşıl olması barədə bu mövzuda yazdığımız başqa bir məqalədə qeyd etmişdik. Ancaq 2017 sadəcə yaşıl rənglə bitmir. Su mavisi, bənəvşəyi və sarı çalarlarını özündə əks etdirən xoruz ilində paltolar, pencəklər- bir sözlə üst geyimləri ön plana çıxacaq. Bundan başqa, futuristik və “pop-art” modellərin də üstünlük təşkil edəcəyi gözlənilir.

Şərhlər

XƏBƏR LENTİ