yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Azərbaycanda 9 nəvəsini "JİQULİ"DƏ gəzdirən sürücü saxlanıldı - VİDEO

Azərbaycanda 9 nəvəsini
30-05-2017, 10:40 40 075 dəfə baxılıb

Astarada rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən minik nəqliyyat vasitələrinin qeyri-qanuni sərnişindaşımaları ilə əlaqədar reyd keçirilib.
Şəhərin mərkəzi Heydər Əliyev prospektində və Ələt-Astara magistralının 244 km-də iki saat ərzində aparılan yoxlamalar zamanı 100-dək nəqliyyat vasitəsinə saxlanılaraq baxış keçirilib. Əsas məqsəd sərnişindaşıma xidməti ilə məşğul olan sürücülərdən nəqliyyat vasitələrinin texniki cəhətdən nasaz vəziyyətdə idarə edənləri aşkar etmək olub.

DYP əməkdaşlarına tabesizlik göstərən sürücülər də olub. Tabesizlik göstərən 4 sürücü, sərnişindaşıma qaydalarını kobud şəkildə pozan 15 sürücü və digər pozuntulara görə 11 sürücü barəsində protokol tərtib edilərək, inzibati məsuliyyətə cəlb olunub.

Yol polisi bölməsinin rəisinin sözlərinə görə, keçirilən reydlərin nəticəsi olaraq ötən illə müqayisədə rayon ərazisində yol-nəqliyyat hadisələri 2 dəfədən çox azalıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: 9, nevesini, VDEO, , saxlanildi, Azerbaycanda, surucu, JQULDE, gezdiren
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ