SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yusif Ələkbərov ən zəngin varis oldu - 14 milyardıq sərvət

Yusif Ələkbərov ən zəngin varis oldu - 14 milyardıq sərvət

Tarix:

26-05-2017, 12:06

/ 118 925 dəfə oxundu.
Yusif Ələkbərov ən zəngin varis oldu - 14 milyardıq sərvət

“Forbes” jurnalı mayın 25-də Rusiya milyarderlərinin ən zəngin varislərinin növbəti reytinqini dərc edib.
Siyahıya valideynlərin sərvətindən hər bir övladın payına 2,3 milyard dollardan az düşməyən 20 ailə daxil edilib.
Ötən il olduğu kimi, siyahıya yenə “LUKOIL” şirkətinin təsisçisi və əsas səhmdarı Vahid Ələkbərovun yeganə oğlu Yusif Ələkbərov başçılıq edib, onun payına 14,5 milyard dollar düşür (ötən il bu rəqəm 8,9 milyard dollar idi).
Yusif Ələkbərov 1990-cı ildə anadan olub, 2012-ci ildə “neft yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə Qubkin adına neft və qaz RDU-nu bitirib.
İkinci sırada “EuroChem” şirkətinin sahibi Andrey Melniçenkonun qızı qərarlaşıb. “Forbes” versiyasına görə, beş yaşlı Taranın sərvəti 13,2 milyard dollar təşkil edir (ötən il - 8,2 milyard dollar).
İlk üçlüyü “Novatek” və “Sibur” şirkətlərinin əsas səhmdarı Leonid Mixelsonun övladları bağlayıb. Onun 15 yaşlı qızı Viktoriya və iki yaşlı (adı açıqlanmır) oğlu 9,2 milyard dollar sərvətə malikdirlər.

Şərhlər

XƏBƏR LENTİ