SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Bildirdilər ki, sığorta şirkətindən zəng edib qiyməti deyəcəklər" - ŞİKAYƏT

"Bildirdilər ki, sığorta şirkətindən zəng edib qiyməti deyəcəklər" - ŞİKAYƏT

Tarix:

26-05-2017, 10:03

/ 9 570 dəfə oxundu.
"Bildirdilər ki, sığorta şirkətindən zəng edib qiyməti deyəcəklər" - ŞİKAYƏT

Vətəndaş Natiq Əsədov “Paşa sığorta” şirkətindən şikayətçidir. Kivnews.com İnformasiya portalına məlumat verən vətəndaş bildirir ki, 13 may tarixində idarə etdiyi 99-HM-249 dövlət nömrə nişanlı “Mercedess” markalı avtomobilini dövlət nömrə nişanı 90-VS-437 olan 49 saylı marşrut avtobusu arxadan vuraraq ciddi ziyan vermişdir. Həmin vaxt avtobusun sürücüsü sığorta əməkdaşlarını hadisə yerinə dəvət etmiş, orada foto şəkiliş aparılmışdır. Hətta YPX əməkdaşları da hadisə yerinə gəliblər.

Şikayətçi bildirir ki, bundan sonra Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən lazımı sənədləri alaraq “Paşa sığorta” şirkətinə təqdim edib: “Sığortadan mənə bildirildi ki, avtomobilini Bakı-Sumqayıt yolunda yerləşən “Mazda Servisə” apar, orada ustalar dəymiş zərəri qiymətləndirsinlər. Dedikləri kimi avtomobilimi “Mazda Servisə” apardım və orada ustalar əzilmiş detalların mütləq dəyişdirilməli olduğunu bildirdilər. Çünki çox pis vəziyyətdə idi. Amma dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı mənə rəqəm demədilər. Bildirdilər ki, sığorta şirkətindən zəng edib qiyməti deyəcəklər”.

Natiq Əsədov əlavə edir ki, “Mazda Servis”dən çıxandan sonra digər servislərdə və maşın təmiri ustalarına yaxınlaşaraq ciddi zərər dəymiş avtomobilini göstərərək nə qədər xərc tələb olunduğunu araşdırıb: “Ustalar müxtəlif qiymətlər qoydular. Tanış ustalar biraz ucuz, digərləri isə baha qiymət təyin etdilər. Təxminən dəymiş zərər 1300-1800 manat aralığında dəyişdi. Düzü iş yerim və yaşayış ünvanım Bakı-Sumqayıt yoluna uzaq olduğundan “Paşa sığorta” şirkətinin əməkdaşlarına da bildirmişdim ki, dəymiş zərərlə bağlı qiymət qoyulduqdan sonra həmin pul mənə nağd şəkildə verilsin, özümə yaxın ünvanda avtomobilimi təmir etdirim. Amma sığortadan mənə zəng gələndə dəymiş zərərlə bağlı qiyməti çox aşağı dedilər. Məlum oldu ki, sığorta tərəfindən cəmi 682 manat pul köçürülə bilər. Guya servis tərfindən endirim edilib. Təbii ki, belə bir aşağı məbləğ heç usta pulu etmir. Ona görə də məcbur olub yenidən “Mazda Servis”ə yaxınlaşaraq avtomobilimi orada təmir etdirməyə razılaşdım. Amma yenə də, işdən imkan edib avtomobilimi servisdə qoya bilmirəm. İş yerim uzaq olduğundan məcburam ki, elə əzik vəziyyətdə olsa da avtomobilimlə gedib-gələm. Ona görə də, yenə də tələb edirəm ki, “Paşa sığorta” şirkəti tərəfindən avtomobilimə dəymiş zərər obyektiv qiymətləndirilsin və mənə dəymiş ziyanla bağlı vəsait mənim özümə ödənilsin”.

Şərhlər

XƏBƏR LENTİ