SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azər Süleymanovun “baytarlıq bataqlığı”nda yeni qaydaları: - kimdən necə və nəqədər yığılır?

Azər Süleymanovun “baytarlıq bataqlığı”nda yeni qaydaları: - kimdən necə və nəqədər yığılır?

Tarix:

24-01-2017, 11:33

/ 2 260 dəfə oxundu.
Azər Süleymanovun “baytarlıq bataqlığı”nda yeni qaydaları: - kimdən necə və nəqədər yığılır?

Kənd Təsərrüfatı naziri Heydər Əsədovun və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin qurduğu rüşvət mexanizmi sayəsində süfrələrimiz birbaşa xəstəlik mənbəyinə çevrilib. Bu hal hazırda qlobal xarakter daşımaqdadır və xalqımızın gələcəyi üçün ciddi təhlükəyə çevrilməkdədir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin müvəqqəti rəisi Azər Süleymanovun yarıtmaz fəaliyyəti əhalini ciddi təhlükələrlə üz-üzə qoyub.
Baş verənlərlə bağlı olaraq bizə daxil olan məlumatlara əsasən bildirək ki, ölkədə heyvandarlıq (quşçuluq) məhsullarının ixrac-idxalına baytarlıq nöqteyi-nəzərdən sağlam olması barədə icazə verilməsi Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əlindədir. Buna görə də bir kq ət və ya bir ədəd yumurta belə bu qurumun təmənnalı icazəsi olmadan ixrac və ya idxal edilə bilməz. Əvvəllər ABŞ dollarının “meyit” vaxtı toyuq yumurtasının hər ədədi üçün 1 sent rüşvət aldığı halda, hazırda “ixracatçı ölkədə xəstəlik var, gətirə bilməzsən” adı ilə qiymətlər 2 dəfə artırılıb. Digər mallar üzrə də qiymətlər eyni şəkildə artırılıb. Onu da bildirək ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Strukturunda “İdxal-ixrac əməliyyatları şöbəsi” yoxdur və nəzərdə də tutulmayıb.
Azərbaycanda isə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbəri Azər Süleymanovun bu sahədə fəaliyyətsizliyi və reketliklə qanunsuz pul yığdırması nəticəsində baytarlıqda islahatların aparılması arxa plana keçirilib. Belə ki o, baytarlıq sistemində olan peşəkar kadrlara “torba tikərək” işdən uzaqlaşdırmağı və onların yerinə tələbə yoldaşları və yaxınları- Oktay Şirvan baytarlıq idarəsinin rəisi, Tahir Apşeron rayon Baytarlıq idarəsinin rəisi, Oktay- Göygöl rayon baytarlıq idarəsinin rəisi, Aydın Hüseynovu qanunsuz müqavilə ilə dövlət qulluğunda sektor müdiri vəzifəsinə və Respublika Baytarlıq Laboratoriyasında zəruri əhəmiyyət kəsb edən ştatları (baytar həkimləri, lobarant ştatlarını) ləğv etdirərək, əvəzində lüzumsuz əlavə ştat açdıraraq dayısı oğlu Elşadı direktor müavini (hazırda laboratoriyada 2 direktor müavini oldu), tələbə yoldaşı Mübarizi şöbə müdiri, Kamranı Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinə rəis təyin etməyi, qanunsuz “baytarlıq xidməti” adı altında pul yığdırmağı və bəzi özünə yaxın işçilərə “Qara Kassa”dan qeyr-rəsmi maaş (paket) verməyi “islahatlar” hesab edir?
Qanunla müəyyən edilməmiş yerlərdə, nəzarətsiz şəkildə küçələrdə kəsilən və satıla cəmdəklər isə birbaşa təhlükə mənbəyidir. Çünki yuxarıda göstərildiyi kimi, qanunsuz yerlərdə kəsilən heyvanlara baytar nəzarəti həyata keçirilmir. Bu gün Bakıda satılan ətlərin 90 faizinə “baytarlıq baxışı” nişanı vurulmur. Azər Süleymanovun işçiləri sadəcə Bakıda və rayonlarda fəaliyyət göstərən on minlərlə ət dükanlarından, dönərxanalardan aylıq rüşvət haqqlarını almaqla vəzifələrini bitmiş hesab edirlər.Sahibkarlara məxsus ətləri yararsız hesab etmək üçün laboratoriyadan istənilən rəyin alınması Azər müəllimin bu “şousunda” vacib şərtlərdəndir. Belə ki, cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, məqsədinə çatmaq üçün A.Süleymanov dayısı oğlu Elşad Rzayevi və tələbə yoldaşı Mübariz Nəbiyevi tabeliyində olan Respublika Baytarlıq Laboratoriyasında mühüm vəzifələrə yerləşdirmişdir. Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinə yeni təyin etdiyi tələbə yoldaşı Kamran müəllim isə evində şirniyyat hazırladaraq Xidmətin yeməkxanasında satdırmaqla və hər gün yeməkxanada bu biznesinə nəzarət etməklə fəaliyyətini elə Xidmətin yeməkxanasında yerinə yetirir.Azər məllim Xidmətə rəs əvəzi gələn kimi öz adamlarının hesabına korrubsiya şəbəkəsi yaratmqaq üçün Müfəttişlik sektorunun müdiri Tofiq Atazadəyə şər atmaqla təyziq altında işdən çıxması haqqında ərizəsini aldı. Onun yerinə isə rayon səviyyəli, dövlət qulluqçusu olmyan Aydın Hüseynovu qanunsuz olaraq dövlət qulluğuna vəzifəyə gətirdi. Ramiz Salmanov da öz sözünüdeyən, qanunsuzluqlarla barışmağı və yaltaqlığı bacarmadığı üçün ərizəsini aldı. Eldəniz Zeynalov kimi təcrübəli, baytarlıq sahəsində püxtələşmiş mütəxxəssisə torba tikərək ştatının ixtisara düşməsinə nail oldu. Apşeron Rayon Baytarlıq İdarəsinin sabiq rəisi, peşəkar baytarlıq mütəxəssisi Səmədov Fəxrəddin yenədə cənab Azər Süleymanovun “Rüşvət şəbəkəsində” iştirak etmək “bacarığı” olmadığı üçün vəzifədən kənarlaşdırıldı. Burada məqsəd birdir Azər müəllimim “çaldığı müsiqiyə” mütləq rəqs etmək. torbaları tikilərək İşdən azad olan mütəxəssislərlə yeni təyin edilmiş kadrlar arasında müqayisə edlməyəcək dərəcədə fərq vardır.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!

Şərhlər

XƏBƏR LENTİ