SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İlham Əliyev orduda Səfər Əbiyev dövrü haqda: - “Mənə şəkillər təqdim etmişdilər…”

İlham Əliyev orduda Səfər Əbiyev dövrü haqda: - “Mənə şəkillər təqdim etmişdilər…”

Tarix:

24-01-2017, 09:26

/ 3 507 dəfə oxundu.
İlham Əliyev orduda Səfər Əbiyev dövrü haqda: - “Mənə şəkillər təqdim etmişdilər…”

Bu gün Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” saylı hərbi hissənin yeni hərbi şəhəciyinin açılışı zamanı president İlham Əliyev öz nitqində orduda Zakir Həsənovdan əvvəlki dövrdə hökm sürən vəziyyətdən də danışıb. Prezident həmin vəziyyəti “çox acınacaqlı” adlandırıb.

Azərbaycan ordusunda Səfər Əbiyevin dövrü haqda danışan prezident çıxışında deyib: “Bizim hərbi hissələrimizin vəziyyəti bir neçə il bundan əvvəl tam fərqli idi. Mən xüsusi göstəriş vermişdim ki, bu vəziyyət təhlil edilsin, mənə məruzə olunsun və tədbirlər görülsün. Yadımdadır, bir neçə il bundan əvvəl müxtəlif bölgələrimizdə yerləşən hərbi hissələrin fotoşəkilləri mənə təqdim ediləndə, əlbəttə ki, mənzərə çox acınacaqlı idi. Yarıdağılmış binalar, yararsız vəziyyətdə olan kazarmalar. Ordumuzun ərzaq təminatı çox aşağı səviyyədə idi. Ona görə dərhal göstəriş verdim və bu sahədə köklü dəyişikliklər baş verdi. Bu gün Müdafiə Nazirliyinin rəhbərləri bütün bu işləri yüksək səviyyədə təmin edirlər. Yəni, bu gün həm təminat, həm xidmət baxımından Azərbaycan Ordusu dünyada nümunəvi ordular sırasındadır”.

Şərhlər

XƏBƏR LENTİ