SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Müşavirədə Suraxanı gərginliyi: İlqar Abbasovu danlayıblar?

Müşavirədə Suraxanı gərginliyi: İlqar Abbasovu danlayıblar?

Tarix:

24-01-2017, 09:13

/ 1 660 dəfə oxundu.
Müşavirədə Suraxanı gərginliyi: İlqar Abbasovu danlayıblar?

Ölkə rəhbərliyinin icra başçılarına xəbərdarlıq etməsi və özlərini yığışdırması haqda yazdıqlarımız təsdiqlənir

Verilən məlumata görə, rayonların idarəetmə mexanizmində ciddi dəyişikliklər gözlənilir.

Hökumət regionlarla bağlı strategiyasında həssaslıq nümayiş etdirməyə başlayıb. İqtisadi vəziyyətin ağırlaşması il növbədə əyalətlərdə narazılıq yaradır. Bu səbəbdən hökumət rayonlarla bağlı siyasətində ciddi addımlar atmaqdadır.

Məlum olduğu kimi, bu siyasətin davamı olaraq dekabrın 26-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin icra başçıları , polis rəisləri, prokurorlar və digər vəzifəli şəxslərin iştirakilə müşavirə keçirib. Müşavirə barəsində yeni nüanslar meydana çıxıb.

Daxil olan məlumata görə, qapalı müşavirə kifayət qədər gərgin atmosferdə keçirilib. Sayt yazıb ki, PA rəhbəri yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə, xüsusən də məhkəmə sədrlərinə sərt xəbərdarlıq edib.

Məqalədə deyilir ki, R.Mehdiyev onlardan işə məsuliyyəti artırmağı, rüşvət hallarına son qoymağı, vətəndaşlarla sıx işləməyi, problemləri yerində həll etməyi tələb edib.

Saytın verdiyi məlumata görə, PA rəhbəri bir neçə icra başçısı və məhkəmə sədrini, o cümlədən Ağcabədi, Suraxanı, Daşkəsən rayonlarının başçılarını, Bakı Apellyasiya Məhkəməsinin sədrini ayağa qaldıraraq, onları şəxsən tənbeh edib, işlərində dönüş yaratmağı tələb edib.

Müşavirədə tənbeh olunanlar arasında diqqət çəkən Suraxanı rayon icra hakiminin olmasıdır. Bu rayonun rəhbəri İlqar Abbasov barəsində xeyli zamandır ki, şikayətlər var.

Məlumatda deyilir ki, İlqar Abbasovun başı xeyli vaxtdır dərddədir.Onun bir neçə ay qabaq qeyri-rəsmi məclislərin birində söylədiyi sözə görə postunu itirmək təhlükəsi sovuşmayıb.

İcra başçısının dedikləri yuxarı dairələrdə qəzəblə qarşılanıb. Yada salaq ki, İ.Abbasov həmkarlarından birinin nəvəsinin ad günü məclisində iştirak edib.

Orada mətbuatın məmurlardan yazmasından şikayətlənərək "Guya ölkə rəhbərliyi bilmir ki, biz nə edirik” deməsi mediaya sızıb və ajiotaj doğurub. Bundan sonra Suraxanı rayon rəhbərinin başı üzərində qara buludlar dolaşmaqdadır.

Mənbənin qeydlərinə görə, İ.Abbasov həmkarlarına təsəlli verərək mətbuatın yazdıqlarına əhəmiyyət verməməyə çağırmışdı. Artıq Prezident Administrasiyasında araşdırmalar aparılır.

Onu da xəbər veririk ki, rayonun Yeni Suraxanı qəsəbəsinin icra başçısı və komandasının gəlir mənbəyinə çevrildiyi aşkar olunub.

Araşdırma zamanı o nəticəyə gəlinib ki, qəsəbə tikinti meydançasına və torpaq dəllalarının bazarına çevrilib. Qəsəbənin Yuxarı Mədən, 6-cı Köndələn və başqa küçələrində şıdırğı torpaq alveri gedir.

Suraxanı rayon icra başçısı İlqar Abbasov artıq Bülbülə, Əmircan, Hövsan, Zığ və Qaraçuxur qəsəbələrində boş torpaq sahəsi qoymayıb, indi də Yeni Suraxanını satışa çıxarıb. Xatırladaq ki, İ.Abbasov bunları demişdi: “Qoy nə yazırlar, yazsınlar. Onsuz da hamı hər şeyi bilir.

Yazırlar ki, sökürük, uçurduruq, dağıdırıq, torpaq satırıq, rüşvət alırıq, korrupsiya ilə məşğuluq. Guya ölkə rəhbərliyi bilmir ki, biz nə işlə məşğuluq?”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ