SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakıda maşın evakuatorda ola-ola radara düşdü - Foto

Bakıda maşın evakuatorda ola-ola radara düşdü - Foto

Tarix:

17-05-2017, 14:41

/ 82 851 dəfə oxundu.
Bakıda maşın evakuatorda ola-ola radara düşdü - Foto

Bakıda qəribə hadisə baş verib.
Evakuatorda olan maşın radara düşüb.
Sürücü ona göndərilən məktubun fotosunu sosial şəbəkədə paylaşıb.
İzləyicilər tərəfindən təəccüblə qarşılanan hadisəyə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov da münasibət bildirib.
Şöbə rəisi teleqraf.com-a açıqlamasında bildirib ki, evakuatorun üzərində olan avtomobilin cərimə olunması mexaniki səhvdir:
“Evakuatorun sürücüsu yol Hərəkəti Qanununun tələbini pozub. 60km/saat olan yerdə 71 km/saat hərəkət edib. Evakuatorun arxasındakı dövlət nömrə nişanı görünmədiyi üçün aparat avtomotik olaraq, üzərindəki maşının nömrəsini qeydə alıb. Bu xəbəri sensasiyaya çevirməyin də əleyhinəyəm. Orada sadəcə mexaniki səhv olub. Məsələ ilə bağlı yenə də araşdırma gedir”.
Vaqif Əsədov qeyd edib ki, həmin cərimənin miqdarı 10 manatdır.
Bakıda maşın evakuatorda ola-ola radara düşdü - Foto
Bakıda maşın evakuatorda ola-ola radara düşdü - Foto

Şərhlər

XƏBƏR LENTİ