SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Hüseyn LTD" MMC sakinləri niyə rahatsız edir? - VİDEO

"Hüseyn LTD" MMC sakinləri niyə rahatsız edir? - VİDEO

Tarix:

17-05-2017, 09:53

/ 64 497 dəfə oxundu.
"Hüseyn LTD" MMC sakinləri niyə rahatsız edir? - VİDEO

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 16-da yaşayan sakinlər neçə illərdir ki, əzab-əziyyət içində yaşayırlar. Buna səbə isə qeyd olunan ünvanda "Hüseyn LTD" MMC-yə məxsus metal əritmə sexinin fəaliyyət göstərməsidir. Ərazidə yaşayan sakinlər tərəfindən müxtəlif dövlət qurumlarına, nazirlərə edilən şikayət ərizəsinin bir nüsxəsini də “Kivnews.com” İnformasiya Portalına ünvanlanıb. Müraciəti diqqətinizə çatdırırıq:
Cənab Nazir, bizim Sizə müraciət etməyimizə səbəb yerli icra başcısına etdiyimiz şikayətlərin cavabsız qalmasıdır. Narahatlığımız yaşadığımız ünvanda evlərimizə bitişik yerləşən "Hüseyn LTD" MMC metal əritmə sexinin fəaliyyət göstərməsidir. Bir neçə ildir ki, bizim normal yaşayışımız kobut sürətdə pozulur. Belə ki, sexin 24 saat metal əritməsindən əmələ gələn qatı tüstü, his-pas, yanıq iyisindən nəfəs almanı qeyri-mümkün edir. Evlərimizin qapı və pəncərəsini yay-qış bağlamaq məcburiyyətində oluruq, təmiz havaya həsrət qalmışıq. Həyətlərimiz, balkonlarımız ümumiyyətlə bütün əşyalarımız qap-qara hisə bulaşır. Əridilmə prosesində istifadə edilən kimyəvi maddənin dözülməz iyindən və birbaşa təsirindən özümüzün, əsasəndə körpələrimizin sağlamlığını göz görə-görə itiririk. Hər bir valdeyn üçün bundan böyük əzab ola bilməz. Onu da qeyd edək ki, səhəti zəif olanların bəziləri vəfat etmişdir və bəzi qonşularımız evlərindən köçüb kirayə çıxıblar. Sexdəki istehsal prosesi zamanı, yaranan səs-küyündən əsəb sinir sistemimiz tamamilə pozulub. Gecələr uşaqlarımızın səksənərək yuxudan ayılması bizə şirin yuxu anlayışını təmamilə unutdurub. Küçədə, həyətlərdə olan ağaclarımız hisdən, tüstüdən ya quruyub, yada ki, qara his-pas içərisində qurumaq ərəfəsindədir. Sexə metal tullantıların gətirib doldurub boşaldılması zamanı və eləcədə fəaliyyəti zamanı yaranan sirkələnmədən evlərimizin divarlari çartlayıb. Dəfələrlə sex rəhbərliyinə, aidiyyatlı qurumlara müraciət etməyimizə baxmayaraq heç-bir tədbir görülmür. Əksinə sexin ərazisi Neft şirkətinə məxsus torpaqlar hesabına genişləndirlir. Sexin ərazisində yerləşən 4-ədəd neft buruğunun olması buna əsaslı sübutdur.
Ölkə başçısı ətraf mühütün mühafizəsini və sağlam ekoloji mühütün yaradılmasını prioritet məsələlərdən biri kimi qarşıya məqsəd qoyulmuşdur. Prezident çıxısında ekoloji vəziyyətin yaxşılaşdırılmasını diqqət mərkəzində olduğunu vurğulayaraq kompleks tedbirlərin görüldüyünü, daha da ciddi tədbirlər görülməli olduğunu qeyd etmişdir. Prezident çıxışında bildirmişdir ki, "… Ümumiyyetlə, havanı çirkləndirən amillərə qarşı ciddi mübarizə aparılmalıdır… Havanı çirkləndirən müəssisələrdə ciddi yoxlamalar aparılmalıdır, orada ciddi tədbirlər gorülməlidir. Ya o müəssələri işlədənlər, – ister dövlət, istər özəl qurumlar birmanalı şəkildə havanı çirklədən insanları zəhərləyən müəssələr bağlanmalıdır".
Hesab edirik ki, insan hüquqları həm daxili, həm də beynəlxaq qanunvericiliklə qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsində insanların layiqli həyat şəraitinin və rifah səviyyəsinin təmin olunması, 37-ci maddəsində istirahət hüququna, 39-cu maddəsində sağlam etraf mühitdə yaşamaq hüququna təminat verilir.
Cənab Nazir yuxarida göstərilən problemləri həll etməyinizi xahiş edirik Bizim ümidimiz yalnız Sizə qalıb Bizdən köməyinizi əsirgəməyin
Mövzunu diqqətdə saxlayacağıq.

Şərhlər

XƏBƏR LENTİ