yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Diplomat“ oteldə səyahət adı altında dələduzluq

“Diplomat“ oteldə səyahət adı altında dələduzluq
15-05-2017, 10:19 57 340 dəfə baxılıb
yüklənir...

Bakıda vətəndaşları şirnikləndirərək onları bir həftəlik xaricə istirahətə göndərən turizm firmasının yalanları faş olub.
Paytaxtın Süleyman Rəhimov küçəsi 185/1 ünvanında yerləşən "Crown Vacation Club” şirkətinin hədiyyə sertifikatının əsl mahiyyətinin nədən ibarət olduğu üzə çıxıb.
Uduş qazanan vətəndaşlardan biri deyib ki, sözügedən firmanın əməkdaşı ona zəng edərək Türkiyəyə 1 həftəlik istirahət hədiyyəsi qazandığını bildirib və mükafatlandırma tədbirinin keçiriləcəyi "Diplomat” otelinin ünvanını verib.
Həyat yoldaşı ilə bir həftəlik Türkiyəyə gedəcəyinə sevinən şəxs deyilən tarixdə oteldə olub və burada onun kimi mükafat qazananların gəldiyini görüb.
Onlardan kimisi Bakıdakı restoranlardan birində şam yeməyi, kimisi şəhərdəki otellərdən birində istirahət, kimisi İndoneziyaya, kimisi Türkiyəyə, kimisi Dubay tur hədiyyəsi əldə edib.
Qaliblərə firma tərəfindən rusca yazılmış "padarıçnıy sertifikat” təqdim edilib və deyilib ki, qərar verdikdə xəbər etsinlər, otel sifariş olunsun.
Ancaq çox keçmir ki, "Crown Vacation Club” şirkətinin bu kələyinin üstü açılıb. Həmin hədiyyə sertifikatında qeyd olunub ki, sentyabrın 1-dən oktyabrın 15-dək olan aralıqda istənilən vaxt Türkiyəyə gedə bilərlər.
Bunun üçün şirkətə məlumat verilir və onlar oteli sifariş edirlər. Amma işin gülünc tərəfi odur ki, həmin 1 həftəlik tur xərclərinin 95 faizi uduş qazanmış vətəndaşın üzərinə qoyulub. Bura yol xərcləri, günorta və şam yeməyi daxildir.
Şirkət isə yalnız gecələməyə yer və səhər yeməyi verir. Sertifikatla tanış olanda o da aydın olur ki, demə, cütlüyə Türkiyədə qalmağa otel də yox, yaşayış binasında mənzil verilirmiş.
Sadə bir məntiqdir ki, Türkiyədə bir həftəlik turizm bölgəsinə istirahətə getmək istəyən şəxs pulu varsa "Crown Vacation Club” şirkətinə nə ehtiyacı var?!
Hazırda Türkiyədə Antalya, Bodrum, Mersin, Quş adası və başqa dəniz sahilində olan bölgələrdə istirahət təqribən 2 nəfərə bir həftəlik 800-1000 manata başa gəlir.
Qiymət fərqi otelin ulduzunun seçimindən asılıdır. Ona görə də vətəndaş adıçəkilən şirkətin verdiyi sertifikatla tanış olanda görür ki, uçuş, yeyib-içmək xərcləri elə təxminən 1000 manata gəlib çıxır.
Əslində həmin firmanın nə məqsəd güddüyü başqa məsələdir.
Turizm firmalarından birində 10 ildir çalışan təcrübəli menecerin sözlərinə görə, "Crown Vacation Club” adını eşidəndə təccüblənməyib.
O bildirir ki, sözügedən firma illər əvvəl başqa ad altında fəaliyyət göstərib və onlarla vətəndaşı aldadıb.
Menecer deyir ki, şirkət ifşa olduqdan sonra yeni - "Crown Vacation Club” adda işini bərpa edib:
"Bu firma uduş qazanan vətəndaşları Dubaya, Türkiyəyə, Kiprə, ərəb ölkələrinə, yəni müxtəlif kurort zonalarına həqiqətən də göndərir.
Amma turist ora çatanda başqa mənzərə ilə qarşılaşır. Ona qaldığı mənzili sırımağa çalışırlar.
Psixoloji cəhətdən təsir edirlər ki, imkanın varsa qaldığı bu evi alsın. Hətta ona müxtəlif şərtlər təklif edilir.
Turist inandırılır ki, Türkiyədə, ya da Dubayda dənizin yaxınlığında, gözəl mənzərəsi olan bir yerdə mənzil almağın nəyi pisdir?! Təbii ki, firma bunu zorla satmır, amma təsir edə bilir.
Hətta seminar təşkil olunur, təbliğat aparılır. Əlqərəz, vətəndaş dəniz kənarında istirahətə adı ilə
gedir, amma qabağına seminarlar, "novostroyka”da mənzillər çıxır. Vətəndaş guya, tur paket qazanıb, amma öz cibindən xərcləyir, sonra da ev almağa təhrik olunur.
Ümumiyyətlə, bu firmalar illərdir ki, post sovet ölkələrində işləyirlər. Onları Kipr, Türkiyə, ərəb ölkələrinə göndərirlər. Bu daha çox turizm işi yox, marketinq işidir”.
Onu da deyək ki, internetdə axtarış zamanı bu firma barəsində məhdud informasiyalar var idi.
Təkcə disput.az-da "Розыгрыш Или Мошенничество” və "Афера, Розыгрыш Или Нет?” başlıqları ilə yayımlanan yazılarda insanların yazdıqları şərhlərdən firmanın fəaliyyətinin mahiyyəti aydın olur...

BakiPost.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: altinda, seyahet, Diplomat, adi, deleduzluq, otelde
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ