yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Mərhum jurnalist Zabil Müqabiloğlunun xatirəsi anılacaq

Mərhum jurnalist Zabil Müqabiloğlunun xatirəsi anılacaq
15-05-2017, 09:57 41 352 dəfə baxılıb
yüklənir...

Mayın 20-də saat 16:00-da ADO Theatre Collective-də mərhum jurnalist Zabil Müqabiloğlunun xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.
Məlumata görə, “Son zəng” adlı tədbir Zabil Müqabiloğlunun fəaliyyət və yaradıcılığına həsr olunub. Jurnalistin həyat və yaradıcılığından bəhs edən video-çarxın nümayişi olacaq. Eyni zamanda aktyorlar Z.Müqabiloğlunun şeirlərini oxuyacaqlar. Tədbir çıxışlarla yekunlaşacaq.
Zabil Müqabiloğlu Nəcizadə 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin Jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildə mətbuata gəlib. “525-ci qəzet”, “Tərcüman”, “Avropa”, “Yeni Müsavat” qəzetlərində çalışıb. Redaktor və baş redaktor vəzifələrini də icra edib. Bir neçə mükafata layiq görülüb. Eyni zamanda “gunxeber.com” saytını təsis edib, saytın baş redaktoru olub. Jurnalistika fəaliyyəti ilə yanaşı, yazdığı şeirlərlə də yadda qalıb.
Bir neçə ay bundan öncə, Zabil Müqabiloğlu mədə-bağırsaq qanaxması diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun qaraciyər transplantasiyasına ehtiyacı var idi. 26 fevral 2017-ci il tarixdə uzun sürən xəstəlikdən sonra vəfat edib. Ailəli idi, bir oğlu var.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: jurnalist, Merhum, Zabil, Muqabiloglunun, anilacaq, xatiresi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ