SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Azərbaycan Peintensiar İslahatlara Əlavə Dəstək layihəsinin təqdimetmə” tədbiri keçirilmişdir

“Azərbaycan Peintensiar İslahatlara Əlavə Dəstək layihəsinin təqdimetmə” tədbiri keçirilmişdir

Tarix:

23-01-2017, 10:18

/ 2 004 dəfə oxundu.
“Azərbaycan Peintensiar İslahatlara Əlavə Dəstək layihəsinin təqdimetmə” tədbiri keçirilmişdir

17 yanvar 2017-ci il tarixində “Hilton Baku” Mehmanxanasının Sevda zalında “Azərbaycan Peintensiar İslahatlara Əlavə Dəstək layihəsinin təqdimetmə” tədbiri keçirilmişdir.
Tədbirdə - İvan Koedjikov – Avropa Şurası Cinayətə Qarşı Fəaliyyət Departamentinin rəhbəri, İnsan Hüquqları və Qanun Aliliyi Üzrə Baş Direktorluğu, xanım Draqana Filipoviç – Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri, xanım Malena Mard – Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri, Avropa Şurasının ekspertləri: - Dr Yorq Pont – Vyana Universitetinin Tibb Fakültəsinin professoru, Con MkQakin – İrlandiya Həbsxana Xidmətinin keçmiş rəhbəri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini – Hüseyn Əlixanov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəhbəri – Rəfail Mehdiyev, “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin sədri və səlahiyyətli şəxsi Elşad Həmidov və s. iştirak edirdilər.
Tədbirdə Avropa Şurasının nümayəndəsi, layihə məsləhətçisi, cinayət hüququ sahəsində əməkdaşlıq bölməsi, insan hüquqları qanunun aliliyi Üzrə Baş Direktorluğun əməkdaşı xanım İldiko Nemets – Salatçz “Avropa İttifaqının və Avropa Şurasının birgə Azərbaycanda Penitensiar islahatlara əlavə dəstək layihəsini təqdimi” üzrə geniş məruzə ilə çıxış etdi.
Tədbirdən sonra Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri xanım Draqana Filipoviçlə “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin sədri və səlahiyyətli şəxsi Elşad Həmidov təkbətək görüşərək geniş fikir mübadiləsi aparmış və gələcək əməkdaşlıq barəsində saziş bağlamışlar.
20.01.2017-ci il tarixdə saat 1130-da İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elşad Həmidov “Marine Plaza”da ölkəmizdə səfərdə olan Avropa Şurasının eksperi xanım Catherine Creamer, İrlandiya Həbsxana Xidmətinin keçmiş rəhbəri, hal-hazırda Avropa Şurasının eksperti Con MkQakin ilə görüş keçirmişdir. Görüşdə Avropa Şurasının Azərbaycan Respublikasındakı ofisinin layihə rəhbəri Aynur xanım Yusifova da işdirak edirdi. Görüş zamanı Avropa Şurasının ekspertləri ilə Elşad Həmidov Cəzaçəkmə Müəssisələrinin idarə olunması, orada fəaliyyət göstərən əməkdaşların peşəkar davranışları, onlara mütəmadi olaraq təlimlərin və treniqlərin keçirilməsi, məhkumların psixi sağlamlıq məsələsi ilə bağlı müvafiq işlərin görülməsi və bu sahələrlə bağlı təcrübə mübadiləsinin keçirilməsi ilə əlaqədar geniş fikir mübadiləsi aparmışdır. Görüş hər iki tərəf üçün çox səmərəli keçmişdir.

“Azərbaycan Peintensiar İslahatlara Əlavə Dəstək layihəsinin təqdimetmə” tədbiri keçirilmişdir
“Azərbaycan Peintensiar İslahatlara Əlavə Dəstək layihəsinin təqdimetmə” tədbiri keçirilmişdir

Şərhlər

XƏBƏR LENTİ