yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Saat 17:00-dan bu yollar bağlanır-Xəbərdarlıq

Saat 17:00-dan bu yollar bağlanır-Xəbərdarlıq
12-05-2017, 12:27 85 629 dəfə baxılıb
yüklənir...

Bu gün saat 17:00-dan etibarən Bakıda bir sıra yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq, istiqaməti dəyişdiriləcək. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. V. Əsədov deyib ki, bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin keçirilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin edilməsi məqsədilə mərkəzə doğru avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, istiqamətləri dəyişdiriləcək. V. Əsədov bildirib ki,"Azneft" meydanı, Neftçilər prospekti, Y. Səfərov küçəsi, Heydər Əliyev prospektindən Sabunçu dairəsinədək olan hissə, eləcə də bu əraziyə bitişik, kəsişən, paralel yollar üzrə hərəkət məhdudlaşdırılacaq, istiqamət dəyişdiriləcək: "Qismən və fasilələrlə Bakı Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar yol istiqamətində, 20 yanvar dairəsi adlanan ərazidə də hərəkət istiqaməti dəyişdiriləcək. Hava limanı istiqamətinə, Bakının kənd və qəsəbələrə hərəkət edənlər isə bu gün Bakı- Hövsan, Balaxanı-Zabrat- Maştağa istiqaməti üzrə hərəkət edə bilərlər. IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı tamaşaçılar saat 18.00-dan 21.00-dək, bağlanma mərasimi zamanı isə tamaşaçılar saat 17.00-dan 20.00-dək 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərdən - metronun "20 Yanvar", "Gəncllik", "Qara Qarayev" stansiyalarından Bakı Olimpiada stadionuna çatdırılacaq. Mərasim bitdikdən sonra isə stadiondan tamaşaçılar 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərdə - metronun "20 Yanvar", "Gənclik" və "Qara Qarayev" stansiyalarına daşınacaq. Metronun "Qara Qaryev" stansiyasından X1, "Gənclik" stansiyasından X2 və "20 Yanvar" stansiyasından X3 ekspress avtobusları Bakı Olimpiada stadionuna tamaşaçıları daşıyacaq. Biz paytaxt sürücülərinə İslamiadanın açılış mərasiminin keçirilməsi ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə bir sıra küçə və prospektlərdə hərəkətin məhdudlaşdırılması, eləcə də istiqamətinin dəyişdirilməsini nəzərə alaraq şəxsi avtomobillərdən istifadə etməmələrini tövsiyyə edirik".


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: baglanir Xeberdarliq, Saat, yollar, bu, 1700 dan
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

29-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ