SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sabah şəxsi maşınlardan az istifadə edin - DYP-dən xəbərdarlıq

Sabah şəxsi maşınlardan az istifadə edin - DYP-dən xəbərdarlıq

Tarix:

11-05-2017, 13:02

/ 36 549 dəfə oxundu.
Sabah şəxsi maşınlardan az istifadə edin - DYP-dən xəbərdarlıq

IV İslam Həmrəyliyi Oyunlarının açılış günü - 12 may tarixində paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq, digər yollarda isə hərəkət istiqaməti dəyişdiriləcək.

Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

Qurum rəsmisi bildirib ki, “10-cu zavod dairəsi”ndən Heydər Əliyev prospekti ilə aeroport istiqamətində, Olimpiya stadionu və ona bitişik küçə, prospektlər üzrə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək.

“Keçiriləcək möhtəşəm tədbirin təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərə müraciət edirik ki, şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər. Daha çox ictimai nəqliyyatdan istifadə etmələrini tövsiyə edirik. Tədbirə qatılmaq istəyənlər isə yaradılan şəraitdən maksimum yararlana bilərlər”-deyə DYP rəsmisi müraciət edib.

Şərhlər

XƏBƏR LENTİ