yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Şəxsiyyət vəsiqəsi ilə xaricə getmək mümkün olacaq - Vaxt açıqlandı

Şəxsiyyət vəsiqəsi ilə xaricə getmək mümkün olacaq - Vaxt açıqlandı
11-05-2017, 12:37 34 098 dəfə baxılıb
yüklənir...

Gələn il yanvarın 1-dən xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.

Bununla əlaqədar Azərbaycan prezidentiİlham Əliyev "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2015-ci il 29 may tarixli 1295-IVQD nömrəli qanunda dəyişiklik edilməsi barədə" 2017-ci il 25 aprel tarixli 628-VQD nömrəli qanunun tətbiqi haqqında" sərəncam imzalayıb.

Qeyd edək ki, "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli qanunda şəxsiyyət vəsiqəsi ilə bağlı bu prosedurun 2017-ci il yanvarın 1-dən həyata keçirilməsi nəzərdə tutulub. "Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1276-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi barədə" 2016-cı il 29 noyabr tarixli qanunun qəbulu ilə əlaqədar bu müddət dəyişdirilib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: olacaq, xarice, vesiqesi, achiqlandi, Vaxt, Shexsiyyet, getmek, mumkun, , ile
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-10-2017


20-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ